[12:38]
Mən ata-babalarım
İbrahim, İshaq və Yə'qubun dininə tabe oldum. Bizə
heç bir şeyi Allaha
şərik qoşmaq
yaraşmaz. Bu (tövhid) Allahın bizə və (bütün) insanlara bəxş etdiyi ne'mətdir, lakin insanların əksəriyyəti (Ona) şükür etməz!
[12:39]
Ey mənim iki zindan yoldaşım! (Sizə nə bir xeyir, nə də bir zərər verə bilən) ayrı-ayrı tanrılar daha yaxşıdır
(ibadət olunmağa daha layiqdir), yoxsa bir olan, (hər şeyə) qadir (qalib) olan Allah?!
[12:40]
(Allahdan)
qeyri ibadət etdikləriniz sizin və
atalarınızın (özündən uydurub) qoyduğunuz
(Allaha heç bir aidiyyəti olmayan) adlardan (bütlərdən) başqa bir şey
deyildir. Allah isə
onlara (ibadət edilməsinə
dair) heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O
sizə yalnız Onun ?zünə ibadət etmənizi buyurmuşdur.
Doğru (həqiqi) din budur, lakin
insanların çoxu (bu həqiqəti) bilməz!
[12:41]
Ey iki zindan
yoldaşım! (Yuxularınızın mə'nasına gəldikdə) sizin biriniz yenə
ağasına şərab içirdəcək, digəriniz isə e'dam olunacaq,
quşlar da onun başından
(dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir!" (Birinizin həbsdən azad edilməsi, o birinizin asılması barəsində fərman verilmişdir!)
[12:42]
(Yusif) bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyə (şərabpaylayana)
dedi: "Ağanın
yanında məni də yada sal!" Lakin
Şeytan ona ağasının yanında (Yusifi) yada
salmağı unutdurdu və buna görə də o (Yusif) bir neçə (yeddi və ya on iki) il zindanda qaldı.
[12:43]
(Bir gün) padşah
(Misir padşahı) belə dedi: "Mən (yuxuda) yeddi
arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru sünbül (quru sünbüllərin yaşıl sünbüllərin üstünə qalxıb bellərinə sarıldığını)
gördüm. Ey ə'yanlar! Əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxumu yozun!"