[12:44]
Onlar: "(Bu
gördüklərin)
qarmaqarışıq yuxulardır. Biz (belə) yuxuların yozumunu
bilmirik!" - deyə cavab verdilər.
[12:45]
(Zindandakı) iki
(cavan) oğlandan (e'damdan) xilas olan (şərabpaylayan) bir neçə müddətdən sonra (Yusifi) xatırlayıb dedi: "Mən sizə onun yozumunu xəbər verərəm. Bircə məni (zindana - Yusifin
yanına) göndərin!"
[12:46]
(Cavan oğlan
padşahın izniylə zindana gəlib dedi: ) "Yusif! Ey
doğru danışan adam, bizim üçün bir yoz görək! Yeddi arıq inək yeddi kök
inəyi yeyir. Yeddi
yaşıl sünbül, yeddi də quru sünbül.
(Bir bunun mə'nasını mənə izah elə). Bəlkə, mən adamların yanına
(düzgün cavabla) qayıda bilim; bəlkə, onlar da (bu yuxunun mə'nasını) bilsinlər!"
[12:47]
(Yusif) belə cavab verdi:
"Yeddi il adətiniz üzrə (həmişəki kimi) əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi
(artıq qalan məhsulu) isə sünbüldə saxlayın.
[12:48]
Sonra bunun ardınca
yeddi il quraqlıq (qıtlıq) olacaq. Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi
yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarsınız.
[12:49]
Daha sonra insanların
bol yağış (bərəkət) görəcəyi bir il gələcək. Onda da adamlar
(zeytun, üzüm, xurma və s. meyvələrin) şirəsini sıxacaqlar (onlardan bol-bol istifadə edib bəhrələnəcəklər)".
[12:50]
(Bunları eşidən) hökmdar:
"Onu mənim yanıma gətirin!" - dedi. (Onun göndərdiyi) elçi (Yusifin) yanına gəldikdə o: "Ağanın yanına qayıdıb soruş
ki, (Züleyxanın məclisində) əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən, Rəbbim onların məkrini biləndir!"
[12:51]
(Padşah həmin qadınları
çağırtdırıb) soruşdu: "Yusifi tovlayıb
yoldan çıxartmaq istəməkdə məqsədiniz (qəsdiniz) nə idi?
(Qadınlar: ) "Allah eləməsin! Biz onun barəsində pis bir şey bilmirik!"
- deyə cavab verdilər. Vəzirin övrəti (Züleyxa) dedi:
"Artıq indi həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O, şübhəsiz, doğrubdanışanlardandır!"
[12:52]
(Yusif dedi:) "Bu
(qadınlara həqiqəti e'tiraf etdirməyim) ona görədir ki, (vəzir evdə) olmadıqda
mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini (onları baş tutmağa
qoymadığını) bilsin!