[12:64]
(Yə'qub) dedi: "Bundan əvvəl qardaşını
(Yusifi) sizə e'tibar etdiyim kimi, heç onu sizə e'tibar edə bilərəmmi? Allah ?zü (onu) ən yaxşı
qoruyandır və rəhmlilərin ən rəhmlisidir!"
[12:65]
Onlar yüklərini açdıqda mallarının özlərinə qaytarldığını görüb dedilər: "Ata! Daha nə istəyirik? Bu bizim özümüzə qaytarılmış mallarımızdır. Biz
(onun vasitəsilə) ailəmiz' bir daha ərzaq alıb gətirər,
qardaşımızı qoruyar və (ərzağımızın
üstünə) bir dəvə yükü də ərzaq artırarıq. Bu (əvvəlcə gətirdiyimiz) isə az bir ərzaqdır!"
[12:66]
(Yə'qub) dedi:
"Başınıza bir bəla (ölüm, fəlakət) gəlməyəcəyi təqdirdə Bin Yamini (sağ-salamat) qaytarıb yanıma gətirəcəyinizə dair Allaha ürəkdən and içib mənə söz verməyincə onu sizinlə (Misirə) göndərməyəcəyəm!" Onlar and içib söz verdikdə (Yə'qub): "Allah dediyimizə şahiddir!" - dedi.
[12:67]
(Yə'qub) dedi:
"Oğullarım! (Misirə) eyni bir
qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun (sizə göz dəyməsin). Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız
Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!"
[12:68]
Onlar ataları (Yə'qubun) əmr etdiyi kimi
(Misirə ayrı-ayrı qapılardan) daxil olduqda (bu) Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi (özləri də bilmədən oğurluqda ittiham olundular), ancaq Yə'qubun ürəyində bir diləyi (oğlanlarına göz dəyməməsini) yerinə yetirmiş
oldu. Şübhəsiz ki, Yə'qub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi
idi. Lakin insanların (kafirlərin) əksəriyyəti (Allahın
sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm öyrətməsini) bilməz!
[12:69]
Onlar Yusifin hüzuruna
daxil olduqları zaman (Yusif) qardaşını (Bin Yamini)
bağrına basıb dedi: "Mən, həqiqətən, sənin qardaşınam. Onların etdikləri (başımıza gətirdikləri) işlərdən kədərlənmə!"