[12:70]
(Yusif) onların yüklərini hazırlatdığı vaxt
qardaşının yükünün içinə bir su qabı (piyalə) qoydu. (Karvan yola düşdükdən) sonra (arxalarınca) bir carçı: "Ey karvan əhli! Siz, həqiqətən, oğrusunuz!" - deyə haray çəkdi.
[12:71]
(Yə'qubun
oğlanları arxalarınca gələnlərə tərəf) dönüb: "Nə itirmisiniz?" - deyə soruşdular.
[12:72]
Onlar belə cavab verdilər: "Hökmdarın (qızıl) su qabını
itirmişik. Onu tapıb gətirənə (müştuluq olaraq) bir dəvə yükü ərzaq veriləcək!" (Carçı: )
"Mən də buna zaminəm!" - (dedi).
[12:73]
(Yə'qubun
oğlanları) dedilər: "Allaha and olsun! Siz də yəqin bilirsiniz ki, biz bu yerə (Misir
torpağına) fitnə-fəsad salmaq üçün gəlməmişik və biz oğru da deyilik!"
[12:74]
Onlar soruşdular:
"Əgər yalan desəniz (yalançı çıxsanız), onun (oğrunun su qabını götürənin) cəzası nədir?"
[12:75]
(Qardaşlar: )
"Onun cəzası yükündə (oğurluq şey) tapılan adamın özüdür (onun kölə edilməsidir). Biz
zalımları belə cəzalandırırıq!"
- deyə cavab verdilər.
[12:76]
(Yusif doğma)
qardaşının yükündən (qabından)
əvvəl onların yüklərini axtarmağa
başladı, sonra su qabını qardaşının yükündən (tapıb) çıxartdı.
Biz Yusifə
(qardaşını yanında saxlamaq üçün) belə bir tədbir öyrətdik. Yoxsa padşahın (Misir hökmdarının) dininə (şəriətinə, qanunlarına) görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Allahın istədiyi isə müstəsnadır. (Yalnız
Allah istədiyi üçün bu belə oldu). Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır!
[12:77]
(Qardaşlar) dedilər: "Əgər o (Bin Yamin)
oğurlamışdırsa, bundan qabaq onun bir qardaşı da (Yusif də) oğurluq etmişdi. . Yusif bu sözü ürəyində saxlayıb onlara
açmadı və dedi: "Siz (Allah yanında ondan) daha pis bir mövqedəsiniz. Allah sizin (mənə və qardaşıma
yalandan) aid etdiyiniz şeyləri daha yaxşı bilir!"
[12:78]
(Qardaşlar) dedilər: "Ey vəzir! Bunun çox qoca bir atası vardır. Onun yerinə bizim birimizi tutub saxla. Biz sənin yaxşılıq edən adamlardan olduğunu
görürük".