[12:87]
Oğullarım! Gedin
Yusifdən və qardaşından (Bin
Yamındən) bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!"
[12:88]
(Yə'qubun oğulları
Misirə gəlib Yusifin) hüzuruna daxil
olanda dedilər: "Ey vəzir! Bizə və ailəmizə müsibət (quraqlıq,
qıtlıq, aclıq) üz vermişdir. Bir az dəyərsiz malla (sənin yanına)
gəlmişik. (Buna baxmayaraq, yenə də onun müqabilində) bizim üçün
ölçünü düz elə (bolluca ərzaq ehsan et) və bizə sədəqə ver. Həqiqətən, Allah sədəqə verənləri mükafatlandırar!"
[12:89]
(Yusif) onlardan: "Siz
cahil olduğunuz zaman Yusifə və qardaşına nələr etdiklərinizi bilirsinizmi?"
- deyə soruşdu.
[12:90]
Onlar: "Yoxsa sən Yusifin özüsən?!" - dedilər. O da: "Mən Yusifəm, bu da
qardaşımdır. Allah bizə lütf etdi. Kim
Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!" - deyə cavab verdi.
[12:91]
Onlar: "Allaha and
olsun ki, Allah səni bizdən ustün etmişdir. Biz isə (sənin barəndə), sözsüz ki, günah etmişik!" - dedilər.
[12:92]
(Yusif) dedi: "Bu gün
sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi
bağışlasın! Cünki O, rəhm edələrin ən rəhmlisidir! (Mən Allahdan sizin bağışlanmanızı diləyərəm. O da sizi bağışlayar!)
[12:93]
Bu köynəyimi götürüb aparın,
atamın üzünə sürtün (atın), o (yenidən) görməyə başlayar. Bütün ailənizi də
yığıb yanıma gəlin!"
[12:94]
Karvan (vətənə qayıtmaq üçün Misirdən) ayrılanda ataları (Yə'qub yanındakı
övladlarına) dedi: "Əgər məni səfeh hesab etməsəydiniz (və ya yalançı hesab
edib danlamasaydınız), deyirdim ki, Yusifin ətrini alıram!"
[12:95]
Onlar: "Allaha and
olsun ki, sən yenə öz köhnə
yanlışlığında
(şaşqınlığında) qalmaqdasan!" dedilər.