[12:104]
Halbuki
sən bundan (islamın təbliğı və imana də'vətdən) ötrü onlardan heç bir
mükafat istəmirsən. Bu (Qur'an) isə aləmlərə yalnız bir öyüd-nəsihətdir!
[12:105]
Göylərdə və yerdə (Allahın birliyini
sübut edən) neçə-neçə əlamətlər (nişanələr) vardır ki, insanlar
onların yanından üzlərini çevirib keçərlər (onlara baxıb ibrət almaz, onların həqiqi mə'naları
haqqında düşünməzlər).
[12:106]
Onların
əksəriyyəti ancaq şərik qoşaraq
Allaha inanarlar. (Allah təklikdə deyil, Ona qoşduqları şəriklər-bütlər və tanrılarla birlikdə ibadət edərlər).
[12:107]
Məgər (müşriklər) Allahın əzabından onlara bir bəla gəlməyəcəyinə və ya qiyamətin, özləri də bilmədən, qəflətən başlarının
üstünü almayacağına əmindirlərmi?
[12:108]
(Ya Rəsulum!) De: "Bu mənim (təbliğ, də'vət) yolumdur. Mən
və mənə tabe olan (mö'minlər)
açıq-aşkar bir dəlillə (insanları) Allaha
çağırırıq. Allah pakdır, müqəddəsdir (bütün eyib və nöqsanlardan xalidir, Onun heç bir şəriki yoxdur). Mən isə müşriklərdən
deyiləm!"
[12:109]
Səndən əvvəl də (səhra əhlindən deyil) ancaq şəhər əhlindən olub özlərinə vəhy etdiyimiz neçə-neçə kişilər (qadın, mələk yox, məhz kişi peyğəmbərlər) göndərdik. Məgər (bu müşriklər) yer üzündə gəzib
dolaşmırlarmı ki, özlərindən
əvvəl gəlib-gedənlərin
(məhv olmuş xalqların,
tayfaların) aqibətinin necə
olduğunu görsünlər?
Həqiqətən,
axirət yurdu Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?
[12:110]
Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərinin yalançı hesab edildiklərini gördükdə (yəqin etdikdə) köməyimiz onlara
yetdi, dilədiyimizə nicat verildi. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz!
[12:111]
(Peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün,
sözsüz ki, bir ibrət vardır. (Bu Qur'an) uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin (ilahi kitabların) təsdiqi,
(Allahın bəndələrindən ötrü) hər
bir şeyin (bütün hökmlərin, halal-haramın) müfəssəl
izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!