[13:19]

(Ya Rəsulum!) Rəbbindən sənə nazil edilənin (Qur'anın) haqq olduğunu bilən kimsə (haqqı görməyən) korla eyni ola bilərmi? Yalnız ağıl sahibləri öyüd-nəsihət qəbul edərlər!

[13:20]

O kəslər ki, Allaha (yalnız Ona ibadət edəcəkləri barədə) verdikləri və'di yerinə yetirir və əhdi pozmurlar.

[13:21]

O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, mö'minlərə hörmət edir), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar.

[13:22]

Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbr edir, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar (pisliyin əvəzində yaxşılıq edirlər) - məhz onları (gözəl) axirət yurdu -

[13:23]

?zlərinin, həmçinin əməlisaleh ataları, övrətləri və övladlarının daxil olacaqları Ədn cənnətləri gözləyir. Mələklər də hər bir qapıdan (cənnət qapılarından) daxil olub (onlara):

[13:24]

(Dünyada Allah yolunda bütün çətinliklərə) səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdu (Cənnət) nə gözəldir! - deyəcəklər.

[13:25]

Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad törədənlər isə lə'nətə düçar olacaqlar. Onları pis yurd (Cəhənnəm, o biri dünyanın pislikləri) gözləyir.

[13:26]

Allah istədiyi bəndənin ruzisi bol da edər, azaldar da. (Məkkəlilər) dünya həyatı (bol ruzi) ilə sevindilər. Halbuki dünya həyatı (ne'məti) axirət həyatı (ne'məti) ilə müqayisədə çox cüz'i (əhəmiyyətsiz) bir şeydir (dünya ne'məti müvəqqəti, axirət ne'məti isə əbədidir).

[13:27]

Kafir olanlar: "Məgər Rəbbindən ona bir mö'cüzə endirilməli deyildimi?" - deyirlər. (Ya Rəsulum!) De: "Allah istədiyini (haqq yoldan) sapdırır. Tövbə edən (Allahın itaətinə qayıdan) şəxsi isə ?z hidayətinə (?zünün doğru yolu olan islam dininə) qovuşdurur".

[13:28]

O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (mö'minlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!