[15:91]
O kəslər ki, Qur'anı (müxtəlif) hissələrə böldülər! (Yəhudilər və xaçpərəstlər, yaxud müşriklər Qur'anın bir qisminə inanıb, digər qismini inkar
edirdilər. Onların bə'zisi
Qur'anı şe'r, bə'zisi sehr, bə'zisi isə kahinlik əsəri
adlandırırdı).
[15:92]
(Ya Rəsulum!) Rəbbinə and olsun ki, Biz onların hamısını (bütün məxluqatı)
sorğu-suala çəkəcəyik -
[15:93]
(Dünyada) etdikləri əməllər barəsində. (Onlardan haqq-hesab tələb edəcək və cəzalarını da verəcəyik!)
[15:94]
(Ya Rəsulum!) Sənə əmr olunanı
(Qur'anı) açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!
[15:95]
Şübhəsiz ki, istehza edənlərə qarşı Biz sənə kifayət edərik.
[15:96]
O kəslər ki, Allaha başqa
tanrı şərik qoşdular! Onlar (başlarına gələcək müsibəti, düçar olacaqları əzabı, bütün bəd əməllərinin aqibətini) mütləq biləcəklər!
[15:97]
(Ya Rəsulum!) Doğrusu, Biz onların (istehzalı) sözlərindən sənin ürəyinin qısıldığını bilirik!
[15:98]
Sən isə Rəbbini tə'rifləyib şükür et (sübhanallah
və bihəmdihi de), səcdə edənlərlə (namaz qılanlarla) birlikdə ol!
[15:99]
Və sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!
An-Nahl
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[16:1]
Allahın (mö'minlərin zəfər çalacağı, müşriklərin və kafirlərin məhv olacağı barəsindəki) əmri mütləq gələcəkdir. Buna görə də onu tələm-tələsik (vaxtından əvvəl) istəməyin. Allah Ona şərik qoşulan
bütlərdən pak və ucadır. (Allah
hər şeyin fövqündədir. Onun heç bir
şəriki yoxdur!)
[16:2]
(Allah) ?z əmri ilə mələkləri (Cəbraili) vəhy ilə bəndələrindən istədiyinə göndərib belə buyurar:
"İnsanları (əzabımla)
qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: "Məndən başqa heç bir
tanrı yoxdur. Məndən qorxun!"
[16:3]
(Allah) göyləri və yeri haqq olaraq
yaratmışdır, (Allah) Ona şərik qoşulan bütlərdən ucadır!
[16:4]
Allah insanı nütfədən (mənidən, bir qətrə
[16:5]
Davarı da (dəvə, inək, kəl, qoyun, keçi və s. ) O yaratdı. Bunlarda (onların yununda) sizin üçün istilik, cürbəcür mənfəət (südünü içmək; özlərini minmək, yer sürmək) vardır, həm də onlardan (onların ətindən) yeyirsiniz.
[16:6]
Onları səhər naxıra, axşam
axura gətirdikdə (səhər otlamaq üçün çölə göndərib axşam
tövləyə qaytardıqda) baxıb zövq alırsınız
(fərəhlənirsiniz).