[16:55]
Onlar bunu özlərinə verdiyimiz ne'mətlərə nankorluq etmək üçün edirlər. Hələ ki (dünyada) kef çəkib ləzzət alın. (Başınıza
gələcək müsibəti) sonra biləcəksiniz!
[16:56]
(Müşriklər) onlara verdiyimiz ruzidən heç bir şey bilməyənlərə (heç nə anlamayan bütlərə) pay ayırırlar. Allaha and olsun ki,
yaxdığınız iftiralara görə sorğu-sual ediləcəksiniz!
[16:57]
Onlar Allaha qızlar
isnad edirlər/ (Mələklər Allahın qızlarıdır, deyirlər). Allaha pakdır, müqəddəsdir. (Onun
oğula-qıza ehtiyacı yoxdur. ) ?zlərinə gəldikdə isə istədiklərini (oğlan uşaqlarını) aid edirdilər.
[16:58]
Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar.
[16:59]
Verilən müjdənin pisliyi üzündən
tayfasından qaçıb gizlənər. (Allah bilir!) Görəsən, onu (o körpəni) zillət içində saxlayacaq,
yoxsa torpağa göməcək? (Diri-diri
basdıracaq?) Bir görün onlar necə pis mühakimə yürüdürlər! (Oğlanları
özlərinə götürüb qızları Allaha isnad edirlər. )
[16:60]
Ən pis sifət (evlənmək üçün qadınlara ehtiyac
hiss etdikləri halda, qız uşaqlarını diri-diri torpağa basırmaq)
axirətə inanmayanlara, ən yüksək sifət (vəhdaniyyət) isə Allaha məxsusdur. Allah
yenilməz qüvvət (qüdrət) sahibi, hikmət sahibidir!
[16:61]
Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını
sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət (ömürlərinin sonunadək) möhlət verər. Əcəlləri gəlib çatdıqda isə (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər.
[16:62]
(Müşriklər) özlərinin bəyənmədiklərini (qızları) Allaha isnad edərlər. Dilləri də: "Onları ən gözəl aqibət (Cənnət, Allah rizası)
gözləyir!" - deyə yalan
söylər. Şübhəsiz ki, onları Cəhənnəm gözləyir. Onlar (Cəhənnəm atəşinə daxil
olduqdan sonra hamı tərəfindən) tərk olunacaqlar. (Və ya onlar gündən-günə Cəhənnəmə yaxınlaşanlardır. )
[16:63]
(Ya Rəsulum!) Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərmişdik. Şeytan onlar öz (çirkin) əməllərini xoş göstərmişdi. Bu
gün Şeytan onların dostudur
(havadarıdır). Onlar (qiyamət günü) şiddətli əzaba düçar olacaqlar!
[16:64]
Biz Kitabı
(Qur'anı) sənə yalnız (müşriklərə) ixtilafda olduqları
(tövhid, qiyamət, qəza-qədər və s. bu kimi) məsələləri izah etmək və mö'minlərə bir hidayət və mərhəmət olsun deyə nazil etdik!