[16:65]
Allah göydən bir yağış
endirər, onunla yer üzünü öldükdən (quruduqdan) sonra dirildər. (?yüd-nəshihətə) qulaq asanlar üçün bunda bir ibrət vardır. (Allah quru
torpağa həyat verə bildiyi kimi, insanları da öləndən sonra diriltməyə qadirdir!)
[16:66]
Şübhəsiz ki, davarda (sağmal
heyvanlarda) da sizin üçün bir ibrət vardır. Biz onların
qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O,
içənlərin boğazından
rahat keçər. (Qanın və ifrazatın dadı, qoxusu və rəngi əsla südə qarışmaz. Əksinə, südə elə bir tam verərik ki, o, içənlərə xoş gələr).
[16:67]
Siz
xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab (yaxud sirkə) və gözəl ruzi (kişmiş, mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz. Şübhəsiz ki, bunda da ağılla düşünənlər üçün bir ibrət vardır.
[16:68]
Rəbbin bal
arısına belə vəhy (təlqin) etdi: "Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal);
[16:69]
Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat
(asanlıqla) get! (Və ya: "Rəbbinin yollarını itaətlə tut!") (O arıların) qarınlarından insanlar
üçün şəfa olan müxtəlif rəngli (ağ,
sarı, qırmızı) bal
çıxar. Şühəsiz ki, bunda
düşünüb dərk edənlər üçün bir ibrət vardır!
[16:70]
Allah sizi
yaratmışdır, sonra da (əcəliniz çatanda) öldürəcəkdir. Sizin
bir qisminiz ömrün ən rəzil
(ixtiyar) çağına (80-90 yaşlarına) çatdırılar ki, (vaxtilə) bildiyi hər şeyi unudar. (İnsan
qocalığın ən düşgün
dövründə bildiyini unudar,
xasiyyətini dəyişib
uşaq kimi olar. Bu, əsasən, kafirlərə
aiddir. Lakin Qur'an
oxuyan, oruc tutub namaz qılan, sidq-ürəkdən ibadət edən şəxsin isə ixtiyar çağında belə, ağlı başında olar, uzun ömür onun qiymətini və kəramətini Allah yanında daha da artırar). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!
[16:71]
Allah
ruzi baxımından birinizi digərinizdən üstün
etmişdir. Ustün
olanlar (varlılar)
tabeçiliyində olanları
(qulları, kənizləri) öz ruzilərinə şərik etməzlər ki, bu cəhətdən
bərabər
olsunlar. (Və ya onlar hamısı
ruziyə şərik olduqları halda, varlılar öz ruzilərini tabeçiliyində olanlara verməzlər. Var-dövlət sahibləri öz ruzilərini
onlara tabe olanlarla bərabər bölməyi,
onları mallarına şərik etməyi özlərinə
rəva bilmədikləri halda, hər
şeyin xaliqi olan Allaha cansız bütləri və digər tanrıları şərik
qoşmağı necə rəva görürlər?) İndi onlar Allahın ne'mətlərini
inkarmı edirlər?
[16:72]
Allah sizin üçün
özünüzdən (Adəm və Həvvadan, yaxud öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün oğullar, nəvələr əmələ gətirdi, pak (halal) ne'mətlərindən sizə ruzi verdi.
Belə olduqda,
onlar (müşriklər) batilə inanıb Allahın ne'mətini inkarmı edirlər?