[16:111]
O gün (qiyamət günü) hər kəs öz canının hayında olar, hər kəsə əməlinin əvəzi (cəzası) verilər və onlara heç bir haqsızlıq edilməz!
[16:112]
Allah bir şəhəri (Məkkəni) misal gətirir. O şəhər əmin-amanlıq və
arxayınlıq içində idi.
Lakin (əhalisi) Allahın ne'mətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası
daddırdı.
[16:113]
Onlara özlərindən bir peyğəmbər gəlmişdi. Onlar onu yalançı saydılar, buna görə də əzab (Bədr müharibəsi) onları zülm edərkən (zülm etdikləri zaman) yaxaladı.
[16:114]
Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Onun ne'mətinə şükür edin!
[16:115]
Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın
adı çəkilmədən (bismillah deyilmədən) kəsilmiş heyvanı
haram buyurmuşdur. (?zgənin malına əl uzatmamaq şərtilə) başqa bir şey
tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardam yeməyə məcbur olan şəxsə (günah yazılmaz). Cünki
Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!
[16:116]
Diliniz (bizə belə əmr edildiyi deyə) yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz): "Bu halaldır,o haramdır!" - deməyin, çünki (bununla) Allaha
iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar (axirət əzabından) nicat
tapmazlar!
[16:117]
(Onlar üçün dünyada) az bir
mənfəət vardır,
(axirətdə isə) onları şiddətli bir əzab gözləyir!
[16:118]
Yəhudilərə haram etdiyimiz şeyləri daha əvvəl sənə xəbər vermişdik. Biz (bunları haram buyurmaqla) onlara zülm etmədik. Onlar (günah işlər görməklə) özləri özlərinə zülm edirdilər. (Buna görə də Allah bir çox ne'mətləri onlara haram buyurdu).