[17:67]
Sizə dənizdə bir çətinlik (batmaq təhlükəsi) üz verdiyi zaman
(Allahdan) qeyri ibadət etdiyiniz bütlər qeyb olar.
Lakin O sizi xilas edib quruya çıxartdıqda (itaətindən) üz döndərirsiniz.
İnsan nankordur!
[17:68]
Məgər (Allahın) quruda sizi yerə batırmayacağına, yaxud (göydən) başınıza
daş yağdırmayacağına əminsinizmi?! Sonra heç sizi qoruyan da tapılmaz (tapa bilməzsiniz).
[17:69]
Yoxsa (Allahın) bir də sizi dənizə qaytarmayacağına, şiddətli bir fırtına göndərib sizi
batırmayacağına arxayınsınız? Sonra sizdən ötrü Bizdən
intiqam alacaq (və ya Bizə qarşı sizə kömək edəcək) bir kəs də tapa bilməzsiniz.
[17:70]
Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür ne'mətlərdən) təmiz ruzi verdik və onları
yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik. (İnsan şüur, nitq qabiliyyəti, gözəl surət, boy-buxun, əllə yemək və s. bu kimi məziyyətlərinə görə həmişə Allaha şükür edib
yalnız Ona tapınmalı, Rəbbinə heç bir şərik
qoşmamalıdır!)
[17:71]
Bir gün (qiyamət günü) bütün insanları öz imamları (ardınca
getdikləri rəhbərləri, yaxud peyğəmbərləri və ya əməl dəftərləri) ilə birlikdə (hüzurumuza) çağıracağıq. Əməl dəftərləri sağ əllərinə verilənlər onu oxuyar (şad olarlar). Onlara tük (xurma çərdəyinin yarığındakı
tel) qədər haqsızlıq edilməz.
[17:72]
Bu dünyada (Allahın dəlillərini, mö'cüzələrini görməyib gözü və qəlbi) kor olan axirətdə də kor olar və (haqq) yoldan
daha çox azar!
[17:73]
(Ya Rəsulum! Qur'andan) qeyri bir şeyi yalandan Bizə istinad edəsən (iftira yaxasan) deyə, (müşriklər) səni hardasa o sənə vəhy etdiyimizdən sapdıracaqdılar.
Belə olacağı təqdirdə, səni, sözsüz ki, özlərinə dost tutacaqdırlar.
[17:74]
Əgər Biz sənə səbat verməsəydik, yəqin ki, az da
olsa, onlara uyacaqdın!
[17:75]
(Belə olacağı tədirdə) sənə həyatın və ölümün ikiqat əzabını
daddırardıq. Sonra Bizə qarşı özünə bir yardım edən də tapa bilməzsən. (Heç kəs səni əzabımızdan qurtara bilməz).