[2:187]
Oruc
gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin
özünüzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı
zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; sübh
açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın;
məscidlərdə ibadətdə (e'tikafda) olduğunuz
zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları
aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, bəlkə, müttəqi olsunlar!
[2:188]
Bir-birinizin
mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın
malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu
(malınızı) hakimlərə (rüşvət) verməyin!
[2:189]
(Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə
ki, bunlar insanların
istifadəsi və həcc
üçün vaxt ölçüləridir.
Evlərinizə (Cahiliyyət dövründə olduğu
kimi) arxa tərəfdən girməniz yaxşı iş deyildir. Yaxşı iş (pis əməllərdən) çəkinən kimsənin əməlidir. Evlərə qapılarından daxil
olun və Allahdan qorxun ki, nicat tapasınız!
[2:190]
(Ey
mö'minlər!) Sizinlə
vuruşanlarla siz də Allah yolunda
vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!