[17:105]
Biz
(Qur'anı) haqq olaraq nazil etdik, o da haqq olaraq (heç bir dəyişikliyə
uğramadan) nazil oldu. Səni də yalnız (mö'minlərə
Cənnətlə) müjdə verən
və (kafirləri
cəhənnəm əzabı ilə) qorxudan sifəti
ilə göndərdik.
[17:106]
İnsanlara
aramla (yavaş-yavaş) oxuyasan deyə, Biz Qur'anı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik. Biz onu tədriclə, (iyirmi üç ilə yaxın bir müddət ərzində) nazil
etdik.
[17:107]
(Ya Rəsulum, müşriklərə) de: "İstər (Qur'ana) inanın,
istərsə də inanmayın.
Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr (özlərinə Tövrat və İncil verilmiş
kitab əhli) yanlarında (Qur'an) oxunduğu zaman üzüstə səcdəyə qapanar.
[17:108]
Və: "Rəbbimiz pakdır, müqəddəsdir! Rəbbimizin (mö'minlərə
mükafat, kafirlərə
əzab veriləcəyi
barəsindəki) əmri mütləq yerinə
yetəcəkdir!" - deyərlər.
[17:109]
Onlar
üzüstə səcdəyə qapanıb ağlayar,
(Qur'andakı öyüd-nəsihət isə) onların (Allaha) itaətini daha da
artırar.
[17:110]
(Ya Rəsulum!) De: "İstər Allah, istərsə də Rəhman deyib
çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur),
çünki ən gözəl adlar (əsmayi-hüsna)
yalnız Ona məxsusdur. (Ya Peyğəmbərim!) Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun (bu ikisinin) arasında orta bir yol tut!
[17:111]
Və de: "?zünə heç bir övlad götürməyən, mülkündə (səltənətində) heç bir şəriki olmayan, zəif (aciz)
olmadığı üçün (Ona kömək edəcək) heç bir dosta (hamiyə də) ehtiyacı olmayan
Allaha həmd olsun!" Və Allahı (layiqincə) uca tut! (Allahı bütün eyib və nöqsanlardan uzaq bilib təqdis et, şə'ninə tə'riflər de!)
Al-Kahf
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[18:1]
Həmd olsun O Allaha ki,
Kitabı (Qur'anı mə'nasında və sözlərində) heç bir əyriliyə (yanlışlığa və ziddiyyətə) yol vermədən ?z bəndəsinə (Muhəmmədə) nazil etdi!
[18:2]
(Allah kafirləri) ?z dərgahından gələcək şiddətli bir əzabla qorxutmaq,
yaxşı əməllər edən mö'minlərə isə gözəl mükafata (Cənnətə) nail olacaqları ilə müjdə vermək üçün onu doğru-düzgün
(qiyamətə qədər bütün bəşəriyyətə haqq yolu göstərən bir nur) olaraq endirdi.
[18:3]
Onlar orada (Cənnətdə) əbədi qalacaqlar!
[18:4]
O, həm də (Qur'anı): "Allah ?zünə övlad götürdü!"
- deyənləri qorxutmaq üçün nazil etdi.