[18:21]
(İnsanları-Tərsusun əhalisini) onların halı ilə beləcə
[18:22]
(Kitab əhlindən əshabi-kəhfin sayı
barəsində mübahisə edənlər) sanki qaranlıq yerə daş ataraq: "Onlar üçdür, dördüncüsü köpəkləridir!" - deyəcəklər. Bə'ziləri: "Onlar beşdir,
altıncısı köpəkləridir!" - deyəcəklər. Digərləri (mö'minlər) isə: "Onlar yeddidir, səkkizincisi köpəkləridir!" - söyləyəcəklər. (Ya Rəsulum!) De: "Onların
sayını Rəbbim daha yaxşı bilir. (İnsanlardan isə) bunu bilən çox azdır!" (Ya Rəsulum! Əshabi-kəhf) barəsində yalnız sənə açıq-aşkar nazil
olan ayələrə əsaslanıb onlarla mübahisə et (Qur'anda olanlarla kifayətlənib çox dərinə getmə) və (kitab əhlinin) heç birindən onlar haqqında bir şey soruşma!
[18:23]
Və heç bir şey barəsində: "Mən onu sabah edəcəyəm!" - demə!
[18:24]
Ancaq:
"İnşallah (əgər Allah istəsə; Allah qoysa) deyəcəyəm!" - de. (İnşallah deməyi) unutduğun zaman Rəbbinin yada salıb:
"Ola bilsin ki, Rəbbim məni bundan (əshabi-kəhfin əhvalatına dair xəbərlərdən) haqqa daha yaxın olan bir yola yönəltsin (peyğəmbərliyimə daha çox dəlalət edən bir mö'cüzə vesin!)" - de.
[18:25]
Onlar mağarada üç yüz
doqquz il qaldılar. (Uç yüz il qaldılar, üstünə bir doqquz il də artırdılar).
[18:26]
(Ya Rəsulum!) De: "Onların
nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybini bilmək ancaq Ona məxsusdur. O, hər şeyi necə gözəl görür, necə də yaxşı eşidir! Onların (yer və göy əhlinin) Allahdan başqa heç bir hamisi yoxdur. O, heç kəsi öz hökmünə (səltənətinə) şərik etməz!" (Cünki Allahın heç bir şərikə ehtiyacı yoxdur!)
[18:27]
Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun sözlərini heç kəs dəyişdirə bilməz. (Allahdan) başqa heç
bir sığınacaq tapa bilməzsən! (Pənah yalnız
Allahadır!)