[18:35]
O (küfrə düşdüyü üçün) özünə zülm edərək bağına girib dedi: "(Bu bağın) nə vaxtsa yox (məhv)
olacağını güman etmirəm.
[18:36]
Qiyamətin də qopacağını zənn etmirəm. Əgər (dediyim kimi, dirilib) Rəbbimin hüzuruna
qaytarılsam, özümə bundan da
yaxşı bir məskən (qayıdış yeri) taparam!"
[18:37]
Onunla söhbət edən (mömin)
yoldaşı isə belə dedi: "Əvvəlcə səni (baban Adəmi) torpaqdan, sonra bir qətrə
[18:38]
Lakin (mən inanaraq deyirəm ki) Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram!
[18:39]
Bağına girdiyin
zaman
[18:40]
Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha
yaxşısını versin və sənin bağına göydən bir bəla endirsin ki, o, hamar (sürüşkən, ayaq basılası mümkün olmayan, heç bir şey bitməyən qupquru) bir yer olsun!
[18:41]
Yaxud suyu (tamamilə) çəkilib getsin və bir də onu əsla axtarıb tapa bilməyəsən!"
[18:42]
Beləliklə, (gecə göydən gələn bir ildırım vasitəsilə) onun
(bağının) meyvəsi (bütün var-dövləti) tələf edildi. (Səhər o kafir bağa gəldiyi zaman onu bu vəziyyətdə görüb bağa) qoyduğu xərcə görə (peşmançılıqdan) əllərini ovuşdurmağa başladı. Bağın
talvarları yerə çöküb viran
qalmışdı. O
(qarşısındakı mənzərəyə baxaraq): "Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!" - deyirdi.
[18:43]
Allahdan başqa ona
yardım edə biləcək kəslər yox idi və o da (öz-özünə) kömək edə biləcək bir halda deyildi.
[18:44]
Belə bir vəziyyətdə kömək göstərmək (və ya hökm,) ancaq haqq
olan Allaha məxsusdur. Mükafat verməkdə də, aqibət qismət etməkdə də ən xeyirlisi Odur.
[18:45]
(Ya Rəsulum! Səndən yoxsulları öz məclisindən
qovmağı tələb edən təkəbbür sahiblərinə) bu dünyanı misal çək: (Bu dünya) göydən
yağdırdığımız yağmura bənzər. Yerdəki bitkilər onunla qarışıb (onu içib) yetişər, sonra isə dönüb küləyin sovurduğu quru
çör-çöp (həşəm) olar. Allah hər şeyə (hər şeyi yaratmağa və məhv etməyə) qadirdır!