[18:46]
(Bə'zi adamların fəxr etdiyi) mal-dövlət,
oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid e'tibarilə daha xeyirlidir!
[18:47]
O gün (qiyamət günü) dağları (yerindən qoparıb) hərəkətə gətirəcəyik. (O vaxt) yeri düzdüz görəcəksən, (mö'minləri və kafirləri) bir yerə toplayacaq, onların heç birini (kənarda) qoymayacağıq.
[18:48]
Onlar Rəbbinin hüzuruna çərgə-cərgə (səf-səf) gətiriləcəklər. (Onlara belə deyiləcək: ) "Siz Bizim yanımıza sizə ilk dəfə yaratdığımız kimi (lüt-üryan, mal-dövlətsiz) gəldiniz. Lakin siz
elə güman edirdiniz ki, Biz sizə verdiyimiz və'di (öləndən sonra diriləcəyinizi) yerinə yetirməyəcəyik!"
[18:49]
(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına
qoyulacaq. (Ya Rəsulum! O zaman) günahkarların orada (yazılmış) olanlardan
qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: "Vay
halımıza! Bu necə bir kitab
imiş! O Bizim heç bir kiçik
və böyük
günahımızı gözdən qaçırmadan
hamısını sayıb yazmışdır ki!" Onlar (dünyada) etdikləri bütün əməllərin (öz
qarşılarında) hazır
durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Hər kəs öz əməlinin cəzasını
alacaqdır!)
[18:50]
(Ya Rəsulum!) Xatırla ki,
bir zaman mələklərə "Adəmə (tə'zim məqsədilə) səcdə edin!" - demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını
özünüzə) dostmu tutursunuz? By, zalımlar üçün necə də pis dəyiş-düyüşdür!
[18:51]
Mən onları nə göylərin, nə yerin yaradılışına, nə də öz
yaradılışlarına şahid etmədim və Mən (insanları haqq
yoldan) çıxardanları ?zümə köməkçi də tutmadım!
[18:52]
O gün (qiyamət günü Allah müşriklərə) belə buyuracaq: "(Mənə ortaq olduqlarını) iddia etdiyiniz şəriklərimi (sizə şəfaət diləməkdən ötrü) çağırın! (Müşriklər) öz tanrılarını (bütlərini) çağıracaq, lakin onlar (müşriklərə) heç bir cavab verməyəcəklər. Biz onların
arasında (hamısının
birlikdə məhv olacağı) bir cəhənnəm dərəsi bərqərar edərik!
[18:53]
Günahkarlar atəşi (Cəhənnəmi) görüncə ona düşəcəklərini yəqin edəcək və oradan baş götürüb qaçmağa (kənara çıxmağa) bir yer tapa bilməyəcəklər.