[2:191]
Onları (Məkkə müşriklərini) harada görsəniz öldürün.
Sizi çıxartdıqları yerdən (Məkkədən) siz də onları çıxardın. Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Onlar sizinlə Məscidülhəram yanında vuruşmayınca,
siz də onlarla orada
vuruşmayın! Əgər (orada) sizinlə vuruşsalar,
siz də onları öldürün.
Kafirlərin cəzası ancaq budur!
[2:192]
Əgər onlar (vuruşdan və Allaha şərik
qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah
bağışlayandır, rəhm edəndir!
[2:193]
Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla
vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm
edənlərə qarşı olur.
[2:194]
(Döyüş) haram
olan ay [hicrətin 7-ci ilinin zülqə'də ayı) (döyüş)]
haram olan ay (hicrətin 6-cı ilinin zülqə'də ayı) müqabilindədir. Hörmətlər
qarşılıqlıdır.Sizə qarşı həddini
aşanlara siz də həmim ölçüdə həddi aşın (cavab
verin).Allahdan qorxun (qədərindən artıq əvəz çıxmayın) və bilin ki, Allah müttəqilərlədir.
[2:195]
(Malınızı)
Allah yolunda xərcləyin. ?z əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir.
[2:196]
Allahdan ötrü həcc və ümrə (kiçik həcc) əməllərini tam yerinə yetirin, əgər arada sizə maneçilik olarsa, (sizə) müyəssər olan bir qurbanlıq
göndərin, qurbanlıq öz
yerinə (Minaya) çatıncaya qədər
başınızı qırxdırmayın. Əgər (ihramda ikən, ziyarət zamanı) sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs (başını qırxdırmağın əvəzində) fidyə olaraq (üç gün)
oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Maneçiliyin aradan qalxmasına) əmin olduqda isə həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar ki,
bu da tam on gün edir. Bu (ümrə ziyarəti) ailəsi Məscidülhəramda (Məkkədə və ətrafında) sakin
olmayanlara aiddir.Allahdan qorxun və bilin ki,
Allahın əzabı şiddətlidir.