[18:54]
Biz bu Qur'anda insanlar
üçün cürbəcür məsəllər çəkdik. İnsan isə (bütün məxluqat içərisində) ən çox mübahisə edəndir. (Haqqa boyun qoymaz,
öyüd-nəsihət qəbul etməyib batilə uyar).
[18:55]
İnsanlara (Məkkə müşriklərinə) doğru yol göstərən bir rəhbər (peyğəmbər, Allah kəlamı) gəldiyi zaman ona iman gətirməyə və Rəbbindən bağışlanmalarını diləməyə mane olan şey yalnız əvvəlkilərin başına gələnlərin (adətimiz üzrə əvvəlki ümmətləri düçar etdiyimiz müsibətlərin) onların da
başına gəlməsini, yaxud da
gözləri baxa-baxa əzabın gəlib onlara
yetişməsini gözləməlidirlər.
[18:56]
Biz peyğəmbərləri yalnız (mö'minlərə Cənnətlə) müjdə verənlər və (kafirləri cəhənnəm əzabı ilə) qorxudanlar (xəbərdar edənlər) olaraq göndərdik. Kafirlər isə batil (sözləri) ilə haqqı (Qur'anı) yalana çıxartmaq məqsədilə (Peyğəmbərlə boş-boşuna)
mübahisə aparırlar. Onlar Mənim ayələrimi və
(Peyğəmbər vasitəsilə) qorxudulduqları əzabı məsxərəyə qoyurlar.
[18:57]
Rəbbinin ayələri özünə
xatırlandırılarkən onlardan üz
döndərən, əvvəlcə (öz əlləri ilə) etdiyi günahları
unudan (əvvəlki günahlarından peşman olub tövbə etməyən) adamdan daha zalım kim ola bilər?! (Bu cür adamlar) onu (Qur'anı) anlamasınlar deyə, Biz
onların qəlblərinə pərdə çəkib, qulaqlarına ağırlıq verdik (maneə qoyduq). Sən onları doğru yola də'vət etsən belə, onlar əsla haqq yola gəlməzlər (islamı qəbul etməzlər).
[18:58]
Rəbbin
bağışlayandır, mərhəmətlidir. Əgər (Rəbbin) onları günahlarına görə cəzalandırmaq istəsəydi, onların əzabını
sür'ətləndirərdi. Lakin onların (öz əzab) vaxtı vardır
(O zaman) onlar (Allahın əzabından
qaçıb canlarını
qurtarmağa) əsla bir yer tapa bilməzlər!
[18:59]
O məmləkətlərin əhalisini (Ad, Səmud
tayfalarını) zülm etdikləri zaman məhv etdik. Biz onları məhv etmək üçün vaxt (və'də) müəyyən etmişdik.
[18:60]
(Ya Rəsulum!) Yadına sal ki, bir zaman Musa öz gənc dostuna (xidmətində olan Yuşə ibn
Nuna) belə demişdi: "Mən
(Xızırla görüşmək üçün) iki dənizinqovuşduğu yerə çatmayınca və uzun müddət gəzib dolanmayınca (bu
səfərdən) geri dönməyəcəyəm!"
[18:61]
Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda (yeməyə götürdükləri) balığı
unutmuşdular, balıq isə (dirilib suya
atılmış) dənizdə bir yarğana tərəf üz tutmuşdu.