[18:75]
(Xızır) yenə belə cavab verdi: "Sənə demədimmi ki, mənimlə birlikdə olanda (edəcəyim əməllərə) əsla dözə bilməzsən?
[18:76]
(Musa) dedi: "Əgər bundan sonra səndən bir şey barəsində xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə. (Hərəkətlərinə e'tiraz etdiyim, səni
qınadığım üçün) sən artıq mənim tərəfimdən üzrlüsən (məni atıb getməyə haqqın vardır)".
[18:77]
Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan yeməyə bir şey istədilər. Əhali onları qonaq etmək (Musaya və Xızıra
yemək vermək) istəmədi. Onlar orada yıxılmaq (uçulmaq) üzrə olan bir divar gördülər. (Xızır) onu düzəltdi. (Musa) dedi: "Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir müzd
(çörək pulu) alardın. . ."
[18:78]
(Xızır) dedi:
"Bu artıq mənimlə sənin aranda ayrılıq
vaxtıdır. (Zahirən naməqbul olduğunu
gördüyün üçün) dözə bilmədiyin şeylərin yozumunu
(batinini, iç üzünü) sənə xəbər verəcəyəm!
[18:79]
Belə ki, gəmi dənizdə
çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim, çünki həmin
adamların arasında (yaxud qabağında) hər bir saz gəmini zorla ələ keçirən bir padşah
var idi.
[18:80]
Oğlana gəldikdə, onun ata-anası
mö'min kimsələr idi. (Mən onun
alnına baxıb gördüm ki, həddi-büluğa yetişəndə kafir olacaq) buna görə də biz (onun böyüyəndə) ata-anasını da (öz arxasınca)
azğınlığa və küfrə sürükləməsindən qorxduq.
[18:81]
Və Rəbbinin onun əvəzində onlara daha təmiz və (ata-anasına qarşı) daha mərhəmətli olan başqa bir
övlad verməsini istədik.
[18:82]
Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında onlara çatası bir xəzinə vardı. Onların
atası əməlisaleh (bir adam) idi. Rəbbin onların həddi-büluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb
çıxartmalarını istədi. (Ya Musa!) Mən bunları öz-özümdən etmədim (yalnız Allahın əmrini yerinə yetirdim). Sənin səbr edib dözə bilmədiyin şeylərin yozumu
(batini mə'nası) budur!"
[18:83]
(Ya Rəsulum!) Səndən Zülqərneyn barəsində soruşarlar. De: "Onun barəsində sizə bir hekayət (bə'zi xəbərlər) söyləyəcəyəm!"