Maryam

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[19:1]

Kaf, Ha, Ya, Eyn, Sad!

[19:2]

(Ya Rəsulum!) Bu sənin Rəbbinin öz qulu Zəkəriyyaya olan mərhəmətinin xatırlanmasıdır!

[19:3]

(Zəkəriyyaya) Rəbbinə gizlicə dua edib yalvardığı zaman

[19:4]

Belə demişdi: "Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam. (Nə dua etmişəmsə, qəbul olunmuşdur).

[19:5]

Mən özümdən sonra gələn qohum-əqrabamdan (yerimə keçəcək əmioğlularımın və digər vərəsələrimin məsləkimi ləyaqətlə davam etdirməyəcəyindən) qorxuram. Zövcəm də ki, qısırdır. Buna görə də mənə ?z dərgahından bir oğul (vəli) bəxş et ki,

[19:6]

O həm mənə, həm də Yə'qub nəslinə (onlara lütf edilmiş peyğəmbərliyə) varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o (öz əqidəsi, itaəti və gözəl axlaqı ilə) riza (Sənin rizanı) qazanmış olsun!"

[19:7]

(Allahdan belə bir nida gəldi: ) "Ey Zəkəriyya! Sənə bir oğulla (oğlun olacağı ilə) müjdə veririk ki, adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik!"

[19:8]

(Zəkəriyya) dedi: "Ey Rəbbim! Zövcəm doğmayan bir qadın, mən də qocalıb əldən düşmüş (sümüyü sustalmış bir kişi) ikən mənim necə oğlum ola bilər?"

[19:9]

(Allah Cəbrailin dili ilə buyurdu: ) "Dediyin kimidir, lakin Rəbbin buyurdu ki, bu işi görmək Mənim üçün asandır. Necə ki, ilk əvvəl səni heç bir şey deyilkən (yoxdan) yaratmışdım!"

[19:10]

(Zəkəriyya) dedi "Ey Rəbbim! Mənim üçün (ürəyim arxayın olsun deyə, bu barədə) bir əlamət müəyyən et!" (Allah) buyurdu: "Əlamətin budur ki, sən sağlam ikən üç gün-üç gecə adamlarla danışa bilməyəcəksən!"

[19:11]

(Nəhayət, Zəkəriyyanın dili tutulduğu, ona danışmaq qadağan edildiyi üçün artıq zövcəsinin hamilə olduğunu başa düşdü və Allahın ?z əhdinə sadiq olduğuna bir daha əmin olub Ona cani-dildən şükür etdi). Sonra (Zəkəriyya) mehrabdan (mə'bəddən) öz camaatının qabağına çıxıb (əli ilə) onlara belə işarə etdi: "Səhər-axşam (Allahı) təqdis edib şə'ninə tə'riflər deyin! (Və ya namaz qılın!)"