[19:12]
(Yəhya dünyaya gəldikdən sonra ona dedik: ) "Ey Yəhya! Kitabdan bərk yapış
(Tövratı möhkəm tutub onun
hökmlərinə ciddi əməl et!). Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.
[19:13]
Biz həm də ona ?z dərgahımızdan bir mərhəmət (yaxud insanlara qarşı şəfqət) və (günahlardan) paklıq bəxş etdik. O, (çox) müttəqi idi.
[19:14]
(Yəhya) ata-anasına
qarşı da olduqca itaətkar (nəvazişkar) idi: zalım, asi (dikbaş) deyildi.
[19:15]
Ona doğulduğu gün
də, öləcəyi gün də (qiyamətdə) diriləcəyi (qəbirdən diri olaraq qaldırılacağı) gün də salam olsun! (Yəhya anadan
olduğu gün Şeytan şərindən, vəfat etdikdə qəbir əzabından, axirətdə isə qiyamət dəhşətindən salamat olsun!)
[19:16]
(Ya Rəsulum!) Kitabda (Qur'anda) Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb
(evinin, yaxud Beytülmüqəddəsin) şərq tərəfində (ibadət məqsədilə xəlvət) bir yerə çəkilmişdi.
[19:17]
Və ailə üzvlərindən gizlənmək (paltarını dəyişmək, yaxud yuyunub təmizlənmək) üçün pərdə tutmuşdu. Biz də ?z ruhumuzu (Cəbraili Məryəmin) yanına göndərdik. Ona (Məryəmə) kamil bir insan qiyafəsində göründü.
[19:18]
(Məryəm) dedi: "Mən səndən Rəhmana (Allaha) pənah
aparıram. Əgər müttəqisənsə (mənə toxunma)!"
[19:19]
(Cəbrail: ) "Mən sənə ancaq təmiz (mə'sum) bir oğlan bağışlamaq üçün Rəbbinin (göndərdiyi) elçisiyəm!" - dedi.
[19:20]
(Məryəm) dedi: "Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə
toxunmamışdır. Mən zinakar da
deyiləm!"
[19:21]
(Cəbrail) dedi: "Elədir, lakin Rəbbin buyurdu ki,
bu Mənim üçün asandır. Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir mö'cüzə, (sənə və mö'minlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!"
[19:22]
(Məryəm) artıq (Cəbrailin üfürməsi ilə İsaya) hamilə oldu və onunla (bətnindəki uşaqla) birlikdə uzaq bir yerə (xəlvətə) çəkildi.
[19:23]
Doğuş
sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. (Məryəm uşaq anadan olandan sonra atası bilinmədiyi üçün cahil insanların dedi-qodusuna səbəb olacağından əndişəyə düşüb) dedi: "Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!"
[19:24]
Dərhal (Məryəmin, yaxud xurma
ağacının) alt tərəfindən ona (Cəbraildən və ya doğulmaqda olan
İsadan) belə bir nida gəldi: "Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir irmaq
axıtdı (və ya bətnindəki uşağı
hörmət sahibi etdi).
[19:25]
(Qurumuş) xurma
ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş (xurma)
tökülsün!