[19:26]
(Xurmadan və
[19:27]
(Məryəm) uşağı götürüb öz adamlarının
yanına gəldi. Onlar dedilər: "Ey Məryəm! Sən çox əcaib bir şeylə (atasız
uşaqla) gəldin! (Və ya çox çirkin
bir iş gördün!)
[19:28]
Ey Harunun
bacısı! Atan pis kişi, anan da zinakar deyildi!"
[19:29]
(Məryəm onun özü ilə
danışın, deyə) ona
(uşağa) işarə etdi. Onlar: "Beşikdə olan uşaqla necə danışacaq?" - dedilər.
[19:30]
(Allahdan bir mö'cüzə olaraq körpə dilə gəlib) dedi: "Mən, həqiqətən, Allahın
quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi.
[19:31]
O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya
xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz
qılıb zəkat verməyi tövsiyə
buyurdu.
[19:32]
O, həmçinin məni anama
qarşı olduqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə qarşı)
zülmkar, asi (dikbaş) eləmədi!
[19:33]
Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim (qəbirdən diri olaraq qaldırılacağım) gün (qiyamət günü) də (Allahdan) mənə salam olsun!"
[19:34]
Bu, (yəhudilərin və xaçpərəstlərin barəsində) şübhəyə düşdükləri Məryəm oğlu İsa
haqqında (Allahın buyurduğu) haqq sözdür! [Yaxud (yəhudilərin və xaçpərəstlərin) barəsində şəkk-şübhə etdikləri Məryəm oğlu İsa haqq söz olaraq budur].
[19:35]
Allaha (özü üçün)
övlad götürmək yaraşmaz.
O, pakdır, müqəddəsdir. O, hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız:
"Ol!" deyər, o da dərhal olar.
[19:36]
(İsa sonra belə dedi: ) "Allah mənim də, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru
yoldur!"
[19:37]
(Xaçpərəstlərdən olan) firqələr (İsa Allahdır, yaxud Allahın oğludur və s. sözlər deyərək) öz aralarında
anlaşılmazlığa düşdülər. Vay o böyük günü (qiyamət gününü) görəcək kafirlərin halına!
[19:38]
(Sən indi onların özlərini karlığa, korluğa vurmalarına baxma!)
Onlar Bizim hüzurumuza gələcəkləri gün (qiyamət günü hər şeyi) elə yaxşı eşidəcək, elə yaxşı görəcəklər ki! Lakin zalımlar bu gün açıq-aşkar bir zəlalət içindədirlər (haqq yoldan aşkar azmışlar).