[19:52]

Biz (Musanı) Tur dağının sağ tərəfindən çağırdıq və (Allahla danışmaq üçün yalvarıb) gizli dua edərkən özümüzə yaxınlaşdırdıq.

[19:53]

Və öz mərhəmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ona bə etdik.

[19:54]

(Ya Rəsulum!) Kitabda (Qur'anda) İsmaili də yada sal! O öz və'dinə sadiq və (Bizim tərəfimizdən öz ümmətinə göndərilmiş) bir elçi, bir peyğəmbər idi.

[19:55]

O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı. (İsmailin əməli Allah dərgahında bəyənilmişdi).

[19:56]

(Ya Rəsulum!) Kitabda (Qur'anda) İdrisi də yad et! O, həqiqətən, büsbütün doğru danışan kimsə (siddiq) - bir peyğəmbər idi.

[19:57]

Biz onu yüksək bir məqama (Cənnətə, yaxud dördüncü göyə) qaldırdıq.

[19:58]

Bunlar Adəmi və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yə'qubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın ne'mət bə etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar. [İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun gəmisində olanlardan birinin), İsmail, İshaq, Yə'qub İbrahimin nəslindən, Musa, Harun, Zəkəriyya və İsa isə Yə'qubun nəslindən olan peyğəmbərlərdəndir].

[19:59]

Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Fəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar).

[19:60]

Tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Onlar heç bir zülm (haqsızlıq) görmədən Cənnətə daxil olacaqlar -

[19:61]

Rəhmanın (Allahın) ?z bəndələrinə və'd etdiyi və onların görmədiyi Ədn cənnətlərinə. Onun və'di mütləq yerinə yetəcəkdir.

[19:62]

Onlar orada boş (lağlağı) söhbətlər deyil, (mələklərdən və bir-birindən) ancaq: "Salam!" eşidərlər. Ruziləri də səhər-axşam (həmişə) oradadır.

[19:63]

Bu, həmin o Cənnətdir ki, bəndələrimizdən müttəqi olanları ona varis edəcəyik.

[19:64]

(Cəbrailin bir müddət yanına gəlməməsindən xiffət çəkən Peyğəmbərə Allaha yaxın olan bu əzəmətli mələk belə demişdi: ) "Biz (dünyaya) yalnız sənin Rəbbinin əmri ilə enirik. ?nümüzdə, arxamızda və onların arasında nə varsa ancaq Ona məxsusdur. (Keçmişə, indiyə və gələcəyə aid işlər, dünya yaranandan qiyamət gününə qədər baş verəcək hər bir şey məhz Allahın iradəsinə tabedir). Rəbbin (?z bəndələrini) unudan deyildir". (Cəbrail Qur'anı Muhəmməd peyğəmbərə öyrətməyə təhkim olunsa da, Allahın əmri olmadan yerə enib heç bir ayə gətirə bilməz. Onun yer üzünə nə vaxt enməsi, hansı ayəni gətirməsi məhz Allahın buyuruğu ilədir. Allaha isə insandan fərqli olaraq unutmaq xüsusiyyəti yaddır. O, heç zaman bəndələrini unutmaz. İstədiyin bu və ya digər ayənin, vəhyin sənə dərhal nazil olmaması Rəbbindən başqa heç kəsin bilmədiyi müəyyən bir hikməti-ilahi ilə bağlıdır. Ona görə də belə şeydən ötrü ürəyini qısma!)