[19:77]
(Ya Rəsulum!) Ayələrimizi inkar edib:
"(Əgər qiyamət qopsa, axirətdə) mənə mütləq mal-dövlət və övlad veriləcəkdir!" - deyən adamı (As
ibn Vaili) gördünmü?
[19:78]
Görəsən, o, qeybə vaqif
olmuş, yoxsa Rəhmandan (bu barədə) söz (əhd) almışdır?!
[19:79]
Xeyr, onun dediklərini (əməl dəftərinə) yazacaq, əzabını artırdıqca artıracağıq.
[19:80]
Onun dediyi şeylər (mal-dövləti,
övladı) Bizə qalacaq və hüzurumuza tək-tənha gələcəkdir. (Bütün malını və övladını əlindən alacağıq və o məhşərə ilk dəfə dünyaya gəldiyi kimi lüt-üryan, heç kimsiz və heç nəsiz gələcəkdir).
[19:81]
(Müşriklər qiyamət günü) onlar üçün şəfaət diləsinlər (yaxud Allahın əzabını onlardan
dəf etsinlər) deyə, Allahdan başqa tanrılar qəbul etdilər.
[19:82]
Xeyr, (qiyamət günü tanrıları) onların ibadətini danacaq və onlara düşmən olacaqlar.
[19:83]
(Ya Rəsulum!) Məgər kafirlərin üstünə onları yoldan çıxarıb günaha sövq edən şeytanları
göndərdiyimizi görmədinmi?
[19:84]
Elə isə onlardan ötrü
(onların tezliklə məhv edilməsinə) tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq. (Qoy hələ bir az da yaşayıb
daha çox günah etsinlər. Biz müəyyən müddətdən sonra onların cəzasını
verəcəyik).
[19:85]
O gün (qiyamət günü) Biz müttəqiləri Rəhmanın hüzuruna
möhtərəm elçilər (şahanə qafilələrlə gələn əziz qonaqlar) kimi cəm edərik.
[19:86]
Günahkarları isə Cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik.
[19:87]
Rəhmandan əhd almış kəslər istisna olmaqla, qalanları (kafirlər) şəfaət etməyə qadir olmazlar.
(Yalnız iman gətirib
yaxşı işlər görənlər qiyamət günü Rəhmanın izni ilə şəfaət etməyə layiqdirlər).
[19:88]
(Müşriklər: ) "Rəhman özünə övlad
götürmüşdür!" - dedilər.
[19:89]
Siz, doğrudan da,
olduqca pis bir şey etdiniz (çox böyük-böyük
danışdınız)!
[19:90]
Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun!-
[19:91]
(Müşriklərin) Rəhmana övlad isnad etdiklərinə görə!
[19:92]
Halbuki Rəhmana özünə
övlad götürmək yaraşmaz.
[19:93]
Cünki göylərdə və yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur ki,
(qiyamət günü) Rəhmanın hüzuruna bir qul kimi gəlməsin.
[19:94]
And olsun ki, (Allah)
onları (bütün yaratdıqlarını) hesablamış və təkrar-təkrar saymışdır.
[19:95]
Onların
hamısı qiyamət günü Onun
hüzuruna gələcək.