[20:13]

Mən səni (peyğəmbər) seçdim. (Sənə) vəhy olunanı dinlə!

[20:14]

Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!

[20:15]

O saat (qiyamət saatı) mütləq gələcəkdir. Mənim onu az qala açmağım gəlir ki, hər kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alsın. (Və ya: Mən onu az qala ?zümdən belə gizlədirəm; və ya: Mən onu ?zümdən başqa hamıdan gizlədirəm. Yaxud: Mən onu zorla gizlədirəm, çünki qiyamətin yaxınlaşması hər addımda özünü müxtəlif əlamətlərlə biruzə verir).

[20:16]

Ehtiyatlı ol ki, (qiyaməti) danıb nəfsinin istəklərinə uyan bir kəs səni ona inanmaqdan yayındırmasın, yoxsa məhv olarsan!

[20:17]

Ya Musa! Sağ əlindəki nədir?"

[20:18]

(Musa) dedi: "O mənim əsamdır. Ona söykənir, onunla qoyunlarımı xəzəl silkələyirəm. O, başqa işlərdə də karıma gəlir!"

[20:19]

(Allah) buyurdu: "Ya Musa! Onu (əsanı yerə) at!"

[20:20]

(Musa əsanı yerə) atan kimi o, dərhal bir ilan (əjdaha) olub sür'ətlə sürünməyə başladı.

[20:21]

(Allah) buyurdu: "Tut onu, qorxma. Biz onu qaytarıb əvvəlki şəklinə salacağıq!

[20:22]

Əlini qoltuğunun altına qoy ki, əlin (oradan sənin peyğəmbərliyinin həqiqiliyinə dəlalət edən) başqa bir mö'cüzə olaraq eyibsiz-qüsursuz, ağappaq çıxsın (günəş şüası kimi gözqamaşdırıcı şəfəq saçsın).

[20:23]

Və Biz də (bununla) sənə ən böyük mö'cüzələrimizdən (bir neçəsini) göstərək.

[20:24]

(Ya Musa! Bu mö'cüzələrlə bir peyğəmbər kimi) Fir'onun yanına get! O, həqiqətən, azğınlaşıb həddini aşmışdır (Allahlıq iddiasına düşmüşdür)".

[20:25]

(Musa) dedi: "Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yerinə yetirməyə qadir olmaq, Fir'onla danışmağa cür'ət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək üçün) köksümü açıb genişlət;

[20:26]

İşimi yüngülləşdir;

[20:27]

Dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki,

[20:28]

Sözümü yaxşı anlasınlar!

[20:29]

Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver -

[20:30]

Qardaşım Harunu!

[20:31]

Onunla arxamı möhkəmləndir.

[20:32]

Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki,

[20:33]

Səni çox təqdis edib şə'ninə təriflər deyək.

[20:34]

Və Səni çox zikr edək (daim yada salıb şükr-səna edək).

[20:35]

Sən, şübhəsiz ki, Bizi görürsən!"

[20:36]

(Allah) buyurdu: "Dilədiyin sənə verildi, ya Musa!

[20:37]

Sənə (bundan əvvəl də) bir dəfə ne'mət bəxş etmişdik