[20:38]
Anana vəhy olunacaq şeyi vəhy etdiyimiz zaman.
[20:39]
(O zaman ki, Mən anana buyurmuşdum: ) "(Musanı) bir sandığa qoyub
çaya (Nilə) at. Qoy çay onu
sahilə çıxartsın və Mənə də, ona düşmən olan birisi
(Fir'on) onu (
[20:40]
O zaman bacın (sənin ardınca guya yad bir adam kimi saraya) gedib
(oradakılara) deyirdi: "Sizə ona baxa biləcək (süd verəcək) birisini göstərimmi?" (Onlar razılıq verdilər, anan saraya gəldi). Artıq
(salamat qalmağına görə) gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq. Sən (on iki yaşında
ikən tayfadan olan bir yəhudi ilə mübahisə edən) bir nəfəri (bir qibtini) vurub
öldürdün. Sonra Biz səni (Mədyənə qaçırtmaqla) o qəmdən qurtardıq. Biz səni bir çox
sınaqlardan keçirtdik (cürbəcür bəlalara, möhnətlərə düçar edib hamısından salamat qurtardıq). İllərlə Mədyən əhli içində (Şüeybin yanında) qaldın. Sonra da müəyyən olunmuş vaxta
(qırx yaşına) gəlib çatdın, Ya Musa!
[20:41]
Və Mən səni ?zümə (peyğəmbər) seçdim! (Qırx
yaşına çatan kimi sənə peyğəmbərlik bəxş edib mö'cüzələrlə Fir'onun yanına
göndərdim).
[20:42]
Sən və qardaşın mö'cüzələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin. (Bu sizin ürəyinizə mətanət, dizinizə qüvvət verər).
[20:43]
Fir'onun yanına
yollanın. O (allahlıq iddiasına düşməklə), həqiqətən, azğınlaşıb həddini
aşmışdır.
[20:44]
Onunla yumşaq
danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!"
[20:45]
Onlar: "Ey Rəbbimiz! (Fir'onun mö'cüzə göstərməyimizə hövsələsi çatmayıb) bizə şiddətli cəza verməsindən və ya
azğınlaşaraq həddini
aşmasından (dikbaşlıq
etməsindən) qorxuruq!" - dedilər.
[20:46]
(Allah) buyurdu:
"Qorxmayın, Mən də sizinləyəm, (hər şeyi) eşidirəm və görürəm!
[20:47]
Onun yanına gedib
deyin: "Biz ikimiz də sənin Rəbbinin peyğəmbəriyik. İsrail oğullarını bizimlə göndər (Şama getməklərinə mane olma) və onlara işgəncə vermə. Biz sənin yanına Rəbbindən dəlillə (mö'cüzə ilə) gəlmişik. Haqq yolu tutub gedənlərə salam olsun!
[20:48]
Bizə vəhy olundu ki, (Allahın vəhdaniyyətini və ayələrini, qiyaməti və peyğəmbərləri) yalan hesab edənləri və (haqdan) üz döndərənləri (axirətdə) əzab gözləyir!"
[20:49]
(Fir'on: ) "Elədə Rəbbiniz kimdir, ya Musa?"
-deyə soruşdu.
[20:50]
(Musa) belə cavab verdi:
"Rəbbimiz hər şeyə ?z xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!"
[20:51]
(Fir'on) soruşdu:
"Bəs əvvəlki nəsillərin halı necədir?"