[20:65]
Onlar dedilər: "Ya Musa! (?zün seç).
Ya sən (əvvəlcə əsanı yerə) tulla, ya da biz birinci tullayaq!
[20:66]
O (Musa) dedi: "Xeyr,
(əvvəlcə) siz tullayın!"
(Sehrbazlar əllərindəkini yerə atan kimi) onların sehri üzündən birdən (Musaya) elə gəldi ki, onların ipləri və dəyənəkləri hərəkətə gəlib (ilan kimi qarnı üstə) sürünür.
[20:67]
Musanın canına
qorxu düşdü. (O qorxdu ki, camaat sehrlə mö'cüzə arasında fərq qoya bilməyib iman gətirməsin).
[20:68]
Biz ona belə buyurduq: "Qorxma,
üstün gələcək mütləq sənsən!
[20:69]
Sağ əlindəki əsanı yerə tulla,
onların düzüb qoşduqlarını (bütün kəndirləri və dəyənəkləri bir anda) udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən (əfsundan) başqa bir
şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!"
[20:70]
(Musa əsasını yerə atan kimi o bir əjdahaya dönüb sehrbazların iplərini, kəndirlərini və dəyənəklərini yerli-dibli uddu). Nəhayət, sehrbazlar: "Biz Harunun və Musanın Rəbbinə (rəbbül-aləminə) iman gətirdik!" - deyib səcdəyə qapandılar.
[20:71]
O (Fir'on) dedi: "Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o, əslində sizə sehr öyrədən böyüyünüzdür. (Heç eybi yoxdur). Mən də sizin əl-ayağınızı çarpaz kəsdirib xurma ağaclarının kötüklərindən asacağam. Onda hansımızın (mən Fir'onun, yoxsa Musanın Allahının) əzabının daha
şiddətli və daha sürəkli olduğunu
biləcəksiniz!"
[20:72]
(Sehrbazlar) dedilər: "Biz heç vaxt səni bizə gələn bu açıq mö'cüzələrdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm edəcəksənsə, et. Sən ancaq bu dünyada hökm edə bilərsən!
[20:73]
Biz, həqiqətən, Rəbbimizə iman gətirdik ki, O bizi
günahlarımıza və sənin bizi məcbur etdiyin sehrə (sehrlə məşğul
olmağımıza) görə
bağışlasın/ Allah (sən Fir'ondan) daha xeyirli və (Onun günahkarlara verəcəyi əzab) daha baqidir!"
[20:74]
Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, onu Cəhənnəm (cəhənnəm əzabı) gözləyir. O, orada nə ölər, nə də yaşayar. (Cəhənnəm əhli nə ölü kimi ölü, nə də diri kimi diridir, əbədi əzaba düçar olub bir gün görməz).
[20:75]
Kim (Rəbbinin hüzuruna) yaxşı əməllər etmiş bir mö'min kimi olaraq gələrsə, belələrini ən yüksək dərəcələr gözləyir -
[20:76]
Əbədi qalacaqları,
(ağacları) altından çaylar axan Ədn cənnətləri. Bu, (günahlardan) pak olanların (təmizlənənlərin) mükafatıdır.