[20:77]
(İzzət və cəlalıma) and olsun ki,
Biz Musaya belə vəhy etdik:
"Qullarımla gecə yola
çıx, (əsanı suya vurmaqla)
onlar üçün dənizdə quru bir yol aç.
(Fir'onun) sizə yetişməsindən qorxma, (suya qərq olmaqdan da) əndişəyə düşmə!"
[20:78]
Fir'on öz ordusu ilə onları tə'qib etdi, daniz
də (şahə qalxan
dalğaları ilə) onları (onun əsgərlərini) çulğayıb qərq etdi, özü də necə!
[20:79]
Fir'on (mənəm sizin ən böyük rəbbiniz, deyərək) öz
tayfasını yoldan çıxartdı və (onları) doğru yola aparmadı.
[20:80]
Ey israil
oğulları! Sizi düşməninizdən (Fir'onun əlindən) xilas etdik. (Tövratın nazil olması üçün) sizə Tur dağının sağ tərəfini və'd buyurduq. Sizə (göydən) qüdrət halvası və bildirçin endirdik!
[20:81]
Sizə verdiyimiz ruzilərin təmizindən
(halalından) yeyin, lakin bunda həddi aşmayın
(israfçılıq, xəsislik və nankorluq etməyin,
ehtiyacı olana şər'i qayda üzrə kömək göstərin), yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt (cəhənnəmlik) olar.
[20:82]
Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam!
[20:83]
(Allah buyurdu: ) "Ya
Musa! Səni öz camaatından
(Tur dağına getdiyin yetmiş
kişidən) ayırıb (bu məqama) tələsdirən nə idi?"
[20:84]
(Musa) belə cavab verdi:
"Onlar da arxamca gəlirlər. Ey Rəbbim! Məndən razı qalasan deyə, hüzuruna tələsdim!"
[20:85]
(Allah: ) "Səndən sonra ümmətini imtahana çəkdik. Samiri
onları yoldan çıxartdı
(buzova sitayiş etdilər)", - deyə buyurdu.
[20:86]
Musa qəzəbli, kədərli halda
camaatının yanına qayıdıb dedi: "Ey ümmətim! Məgər Rəbbiniz (Tövratı
nazil etmək, keçmiş günahlarınızı
bağışlamaq, göydən qüdrət halvası və bildirçin endirmək haqqında)
sizə gözəl bir və'd verməmişdimi? Yoxsa (mənim sizdən ayrılmağımdan) uzun bir müddət keçdi? (Nə tez hər şeyi unudub nankor oldunuz?) Yaxud Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz və'də xilaf çıxdınız?"
[20:87]
Onlar dedilər: "Biz sənə verdiyimiz və'də öz
ixtiyarımızla xilaf çıxmadıq. Amma biz (Fir'on) tayfasının (bir bayram günü əmanət olaraq
aldığımız) zinətlərindən ibarət ağır
bir yüklə yüklənmişdik. Onları ("əmanətə xəyanət haramdır"-deyərək günahdan qurtulmaq məqsədilə oda) atdıq. Samiri də bizim kimi
(özündə olan bəzək şeylərini oda) atdı".