[2:203]
(Ey
hacılar!) Sayı
bəlli olan günlərdə (Mina dağında) Allahı yada
salın (təkbirlə
zikr edin). Tələsərək iki gündə (zülhiccənin
on birinci və on ikinci günlərində
Minadan Məkkəyə) qayıdana heç bir günah gəlməz. Eləcə də
yubanana (zülhiccənin on üçüncü günü Minada qalana) heç
bir günah tutulmaz. Bu (günah tutulmaması), müttəqilərə aiddir. Allahdan qorxun və Onun yanında
(hüzurunda)
toplanacağınızı bilin!
[2:204]
(Ya Rəsulum!)
İnsanların eləsi vardır
ki, onun dünya həyatı
haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır.
[2:205]
(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (islam
cəmiyyətini) məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz!
[2:206]
Ona: "Allahdan
qorx!" - deyildiyi zaman lovğalıq onu
günah törətməyə vadar edər. Beləsinə cəhənnəm
kifayətdir. Ora nə pis məskəndir!
[2:207]
İnsanların eləsi də vardır ki, Allahın
razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!
[2:208]
Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq
düşməninizdir!
[2:209]
Əgər bu qədər aşkar dəlil (ayələr) gəldikdən sonra siz yenə də doğru yoldan
azarsınızsa, o zaman bilin ki, Allah da qüvvət, hikmət sahibidir!
[2:210]
Yoxsa
onlar Allahın (qəzəbinin) bulud kölgələri içində mələklərlə (əzab mələkləri ilə) gəlməsini və işin tamam olmasını (özlərinin məhv edilməsini) gözləyirlər? Şübhəsiz ki, (bütün)
işlər (axırda) Allaha qayıdacaqdır.