[21:25]
(Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: "Məndən başqa heç bir
tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!" - deyə vəhy etməyək.
[21:26]
(Kafirlər: ) "Rəhman (mələklərdən ?zünə) övlad
götürdü!" - dedilər. O, pakdır, müqəddəsdir! (Belə şeylərdən tamamilə uzaqdır!)
Xeyr, (mələklər Onun övladı deyil, xəlq etdiyi)
möhtərəm qullardır.
[21:27]
(Mələklər) Ondan qabaq söz
danışmaz, Yalnız Onun əmri ilə iş görərlər.
[21:28]
(Allah) onların
öndəkilərini də,
arxalarındakını da (nə etdiklərini və nə edəcəklərini) bilir. Onlar
yalnız (Allahın) razı olduğu (izin verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar.
[21:29]
(Mələklərdən) heç kəs: "Mən Ondan
başqa bir tanrıyam!"
- desə, onu Cəhənnəmlə cəzalandırarıq. Biz
zalımlara belə cəza veririk.
[21:30]
Məgər kafir olanlar göylə yer bitişik
ikən Bizim onları ayırdığımızı,
hər bir canlını sudan
yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Göylər ilk
yaradılışda bir-birinə bitişik bir
təbəqə olduğu halda, onların arası hava ilə açılıb
yeddi təbəqəyə ayrılmış, yer də bir təbəqə ikən sonra yeddi təbəqəyə bölünmüşdür. Bu, Allahın qüdrətini, əzəmətini sübut edən ən tutarlı dəlillərdəndir).
[21:31]
Yer onları silkələməsin (atıb-tutmasın) deyə, orada möhkəm (durmuş)
dağlar yaratdıq; onlar (istədikləri yerə) rahat gedib çata bilsinlər deyə, orada geniş yollar əmələ gətirdik.
[21:32]
Göyü (yerdən ötrü və onun üstünə düşməsin deyə) qorunub saxlanılan bir tavan etdik. Halbuki (kafirlər) ayələrimizdən (vəhdaniyyətimizi, qüdrətimizi sübut edən bu dəlillərdən) üz döndərdilər.
[21:33]
Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan
Odur. Onların (həmçinin
ulduzların) hər biri (özünə məxsus) bir göydə üzür (öz hədəqəsində, öz dairəsində hərəkət edir).
[21:34]
(Ya Rəsulum!) Səndən əvvəl də (dünyada) heç bir bəşərə əbədiyyat (ölməzlik) vermədik. Belə olduğu təqdirdə, sən ölsən, onlar dirimi qalacaqlar?!
[21:35]
Hər bir kəs (hər bir canlı) ölümü
dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor
olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza
qaytarılacaqsınız!