[21:45]
(Ya Rəsulum!) De: "Mən sizi ancaq vəhy ilə qorxuduram". Karlar
qorxudulduğu zaman çağırışı eşitməzlər!
[21:46]
Həqiqətən, əgər Rəbbinin əzabından az
bir şey onlara toxunsa, onlar mütləq: "Vay
halımıza! Biz, doğrudan da, zalım olmuşuq (Allaha
şərik qoşmaqla, küfr etməklə özümüz özümüzə zülm etmişik)"
- deyəcəklər.
[21:47]
Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi
ağırlığında olsa belə onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik.
[21:48]
Biz Musa və Haruna Furqanı (haqqı batildən ayıran Tövratı doğru yolu göstərən) bir nur və müttəqilərdən ötrü öyüd-nəsihət olaraq vermişdik.
[21:49]
O kəslərdən ötrü ki, onlar öz Rəbbindən Onu görmədən (yaxud Allahın axirətdə verəcəyi əzabdan) qorxar və qiyamətdən lərzəyə gələrlər.
[21:50]
Bu (Qur'an) nazil etdiyimiz
mübarək (insanlara daim xeyir-bərəkət gətirən) bir Kitabdır.
İndi siz onu inkarmı edirsiniz?
[21:51]
Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik
(peyğəmbərlik ehsan buyurmuşduq).
Biz onu (onun buna layiq olduğunu) bilirdik.
[21:52]
(İbrahim) atasına
və tayfasına:
"Sizin tapınıb durduğunuz bu heykəllər nədir?" - dediyi zaman
[21:53]
Onlar: "Biz
atalarımızı onlara ibadət edən gördük!" - deyə cavab vermişdilər.
[21:54]
(İbrahim onlara: )
"And olsun ki, siz də,
atalarınız da (haqq yoldan) açıq-aşkar azmısınız!" - demişdi.
[21:55]
Onlar: "Sən bizə ciddi deyirsən, yoxsa zarafat
edirsən? (Sən bizə haqlamı gəldin, yoxsa oyunbazlardansan?)" - deyə soruşduqda
[21:56]
(İbrahim) belə cavab vermişdi:
"Xeyr, Rəbbiniz göylərin və yerin Rəbbidir ki, onları
yaratmışdır. Mən də buna şahidlik edənlərdənəm!
[21:57]
Allaha and olsun ki, siz
çıxıb getdikdən sonra bütlərinizə bir hiyə quracağam!
(Başlarına bir oyun açacağam!)"