[21:73]
Biz
onları əmrimizlə (insanları) doğru yola gətirən imamlar (rəhbərlər) etdik. Biz onları xeyirli işlər görməyi, namaz
qılmağı və zəkat verməyi vəhy
etdik. Onlar yalnız Bizə
ibadət edirdilər.
[21:74]
Biz
[21:75]
Biz onu mərhəmətimizə qovuşdurduq, çünki o,
doğrudan da, saleh kimsələrdən idi.
[21:76]
(Ya Rəsulum!) Nuhu da (yad et)! O
daha öncə (öz kafir ümmətinin əzaba düçar olması haqqında) yalvarıb dua etmişdi. Biz
onun duasını qəbul
buyurmuş, onu da, ailəsini də böyük fəlakətdən (tufandan) qurtarmışdıq!
[21:77]
Biz ayələrimizi yalan hesab edən bir qövmə qarşı
ona yardım göstərmişdik. Onlar, həqiqətən, pis bir camaat idilər. Buna görə də Biz onların
hamısını (suya) qərq etdik.
[21:78]
(Ya Rəsulum!) Davudu və Süleymanı
da (yad et)! O zaman ki, onlar bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər və Biz də onların hökmünə şahid idik.
[21:79]
Biz onu (məsələnin hökmünü) dərhal Süleymana
anlatdıq. Və onların hər birinə hökm (hikmət, peyğəmbərlik) və elm (şəriəti dərindən bilmək) verdik. Biz
dağları və quşları Davudla
birlikdə (Allahı) təqdis edib tə'rifləsinlər deyə ona ram etdik.
Bunları (sizə təəccüblü görünsə də, lövhi-məhfuzdakı əzəli hökmümüzlə) Biz etmişdik.
[21:80]
Biz (Davuda) sizi
(düşmənlə) vuruşda qorumaq üçün zireh (toxumaq) sənətini öyrətdik. (Ey Məkkə əhli! Rəbbinizin bu ne'mətinə) artıq şükür edərmisiniz?
[21:81]
Əmrilə bərəkət verdiyimiz yerə (Şama) doğru şiddətlə əsən küləyi də Süleymana Biz ram etdik. Biz hər şeyi bilənik!