Al-Hajj
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[22:1]
Ey insanlar! Rəbbinizdən qorxun.
(Allahın əzabından qorxub pis əməllərdən çəkinin, yalnız Ona ibadət və itaət edin). Həqiqətən, qiyamət gününün (axır
saatın) zəlzələsi dəhşətli şeydir!
[22:2]
Onu görəcəyiniz gün hər bir əmzikli qadın
əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın
bari-həmlini (vaxtından əvvəl) yerə qoyar (uşaq
salar). İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allahın əzabı çox şiddətlidir!
[22:3]
Allah haqqında heç bir
şey bilmədən (elmsiz-dəlilsiz "Rəbbimiz mələklərdən ?zünə övlad götürmüşdür" - deyə) mübahisə edən və Allaha asi olmuş hər bir şeytana uyan insanlar da vardır.
[22:4]
(Şeytan) haqqında
əzəldən belə
yazılmışdır (hökm edilmişdir): hər kəs onunla (Şeytanla) dostluq etsə, (Şeytan) onu yoldan
çıxardıb cəhənnəm əzabına sürükləyər.
[22:5]
Ey insanlar! ?ləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk
yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra
mənidən (nütfədən), sonra
laxtalanmış qandan, daha
sonra müəyyən, tam bir şəklə düşmüş
(vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən, doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) çıxardarıq. Sonra
yetkinlik çağına (otuz-qırx yaşlarına) yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar
ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar. (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur
endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar
(yaxud xəmir kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər.