[22:16]
Biz (Qur'anı) beləcə açıq-aşkar ayələr şəklində nazil etdik. Allah dilədiyini doğru yola
müvəffəq edər.
[22:17]
Həqiqətən, Allah iman gətirənlər (müsəlmanlar), yəhudilər, sabiilər (ulduzpərəstlər), xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında
qiyamət günü (haqq ilə batili
ayırd edərək) hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir!
(Onların nə etdiklərini və nəyə layiq olduqlarını
çox gözəl bilir!)
[22:18]
(Ey insan!) Məgər göylərdə və yerdə olanların (bütün
canlıların), Günəşin,
Ayın və ulduzların, dağların, ağacların və
heyvanların, insanların bir çoxunun (mö'minlərin) Allaha səcdə etdiyini görmürsənmi? Bir çoxuna da (kafirlərə də) əzab vacib olmuşdur. Allahın alçaltdığı
kimsəni heç kəs yüksəldə (səadətə qovuşdura) bilməz. Həqiqətən, Allah dilədiyini edər!
[22:19]
Rəbbi barəsində mübahisə aparan bu iki zümrə (mö'minlər və kafirlər bir-birinə) düşməndir. Onu inkar
edənlər üçün atəşdən paltar
biçilmişdır; başlarına da qaynar su töküləcəkdir.
[22:20]
O su ilə qarınlarında olanlar (bağırsaqları, ciyərləri) və dəriləri əridiləcəkdir.
[22:21]
Hələ onlar üçün
(başlarına vurulacaq) dəmir toppuzlar da
vardır.
[22:22]
(Kafirlər) oradan - (Cəhənnəmdə düşdükləri) qəmdən qurtarmaq istədikcə, yenidən ora qaytarılar və (onlara:) "Dadın atəşin əzabını!"
(deyilər).
[22:23]
Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada altun və incilərlə bəzənəcəklər (qızıldan və mirvaridən bilərziklər taxacaqlar), orada
libasları da ipəkdən olacaqdır!