[22:24]
Onlar
(dünyada) təmiz (pak) sözə (la ilahə illallaha, yaxud
Qur'ana) müvəffəq olmuş, həm də Allahın bəyəndiyi yola (islama) yönəldilmişlər.
[22:25]
Kafir olub (insanları)
Allah yolundan, həm yerlilər, həm də gəlmələr üçün (qiblə, mə'bəd) etdiyimiz Məscidülhəramdan döndərənlərə və orada zülmə,
haqsızlığa meyl
etmək istəyənlərə də şiddətli əzabdan
daddıracağıq!
[22:26]
(Ya Rəsulum!) Yadına sal
ki, bir zaman İbrahimə Kə'bənin yerini bildirib belə
buyurmuşduq: "Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar (namaz qılanlar)
üçün (bütlərdən) təmizlə!"
[22:27]
İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər çür arıq
(yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər.
[22:28]
Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və mə'lum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismillah desinlər). Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin!
[22:29]
Sonra həcc əməllərini (dırnaq kəsmək, saçını
qırxmaq, yaxud qısaltmaq və s.) yerinə yetirsinlər (və ya kirlərini təmizləsinlər), nəzirlərini versinlər və (Nuhun tufanından salamat çıxmış, yaxud bəşər
övladı üçün ilk ziyarətgah olan) qədim evi (Kə'bəni) təvaf etsinlər!
[22:30]
(Ey
insanlar! Həccin
sizə vacib olan əməli) budur. Və
hər kəs
(ihramda ikən) Allahın haram buyurduqlarına hörmət (riayət)
etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. (Haram olduğu "Maidə" surəsində) sizə
deyilənlərdən başqa, qalan heyvanlar (onların
ətini yemək) sizə halal
edilmişdir. Belə olduğu təqdirdə, murdar (başdan-ayağa murdarlıq olan) bütlərdən qaçın, yalan sözlərdən də (Allaha şərik
qoşmaqdan da) çəkinin -