[22:39]
Zülmə mə'ruz qaldıqlarına
görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!
[22:40]
O kəslər ki, haqsız yerə, ancaq "Rəbbimiz Allahdır"
- dediklərinə görə
yurdlarından (Məkkədən)
çıxarıldılar. Əgər Allah insanların bir
qismini digər qismi ilə (müşrikləri mö'minlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, mə'bədlər (yəhudi mə'bədləri) və məscidlər dağılıb gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!
[22:41]
O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara bir yer versək), namaz qılar, zəkat verər, (insanlara) yaxşı
işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir. (Allah qiyamət günü əməllərinə müvafiq olaraq mö'minlərə mükafat, kafirlərə isə cəza verəcəkdir).
[22:42]
(Ya Rəsulum!) Əgər (bu müşriklər) səni təkzib edərlərsə (ürəyini qısma). Səndən əvvəl Nuh, Ad və Səmud tayfası da (peyğəmbərlərini) təkzib
etmişdi.
[22:43]
İbrahim tayfası
da, Lut qövmü də,
[22:44]
Mədyən əhli də (peyğəmbərlərini təkzib etmişdi). Musa da (Fir'onun özü və camaatı tərəfindən) yalançı
sayılmışdı. Kafirlərə (bir qədər) möhlət verdim, sonra
onları (əzabla) yaxaladım. (Bir
görəydin, küfr etdiklərinə, peyğəmbərləri yalançı sayıb
inkar etdiklərinə görə) Mənim onları inkar etməyim necə oldu! (Onlara verdiyim ne'məti müsibətlə əvəz etdim!)
[22:45]
Neçə-neçə məmləkəti (əhalisini) zülm edərkən məhv etdik; onlar alt-üst olmuşdu (evlərin tavanları
çökmüş, divarları onların üstünə yıxılmışdı). Neçə-neçə quyular, neçə-neçə möhtəşəm qəsrlər bomboş qalmışdı.
[22:46]
Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafirlər) yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri), eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz,
lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar.
(Kafirlər keçmiş ümmətlərin başına gələn müsibətləri zahiri gözləri ilə görsələr də, qəlb gözü ilə görüb onlardan heç bir ibrət almazlar).