[22:47]
(Ya Rəsulum!) Onlar səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Allah ?z və'dinə əsla xilaf çıxmaz! Rəbbinin dərgahında bir
gün sizin saydığınızın (hesabladığınız vaxtın) min ili kimidir!
[22:48]
Neçə-neçə məmləkətə (məmləkət əhlinə) zülm etdikləri (kafir
olduqları) halda möhlət verdim, sonra onları (əzabla) yaxaladım. Axır dönüş ancaq Mənədir! (Onlar, nəhayət, Mənim hüzuruma gələcək, qazandıqları günaha görə əbədi əzaba düçar olacaqlar).
[22:49]
De: "Ey insanlar! Mən sizi yalnız açıq-aşkar bir qorxudanam
(Allahın əzabı ilə açıq-aşkar
qorxudan, xəbərdar edən bir peyğəmbərəm)!
[22:50]
İman gətirib yaxşı işlər görənləri (günahlardan) bağışlanma və tükənməz (minnətsiz) ruzi gözləyir!
[22:51]
Ayələrimizdən (Qur'anı batil etməkdən) ötrü sə'y göstərib (Peyğəmbəri) aciz etmək istəyənlərə (yaxud Peyğəmbəri məğlub etməklə xalqı imandan döndərməyə cəhd edənlərə) gəldikdə isə, məhz onlar cəhənnəmlikdirlər!
[22:52]
(Ya Rəsulum!) Biz səndən əvvəl də (şəriət sahibi olan) elə bir rəsul, (şəriət sahibi olmayıb onun ardınca gedən) elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o, (hər hansı bir
şeyi) arzu etdikdə Şeytan onun
arzusuna (diləyinə vəsvəsə yolu ilə) bir xələl qatmasın! (Yaxud o, ayələrimizi oxumaq istədiyi zaman Şeytan onu
çaşdırıb oxuduğu ayə barəsində pis bir fikir təlqin etməsin!) Lakin Allah
Şeytanın vəsvəsini batil (yox) edər. Sonra isə Allah ?z ayələrini möhkəmlədər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[22:53]
(Allah ona görə belə edir ki) Şeytanın
vəsvəsəsini qəlblərində mərəz (nifaq, şəkk mərəzi) və ürəkləri qatı (sərt) olanlar
(müşriklər) üçün bır sınaq vasitəsi etsin. Şübhəsiz ki, zalımlar (münafiqlər, müşriklər və kafirlər) haqqdan uzaq bir nifaq içindədirlər (ixtilafdadırlar).
[22:54]
Və elm verilən kəslər də bilsinlər ki, haqq
(Qur'an) sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun.
Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər!
[22:55]
Kafir olanlar isə qiyamət günü qəflətən başlarının üstünü alanadək, yaxud heç bir xeyri
olmayan (səmərəsiz) bir günün (onların
kökünü kəsəcək Bədr vuruşunun) əzabı onlara gəlib yetişənədək (Qur'an barəsində) şəkk-şübhədə olmaqda davam edəcəklər.