[22:56]
O gün (qiyamt günü)
hökm yalnız Allahındır. (Allah) onların (müşriklərin və mö'minlərin) arasında hökm edəcəkdir. İman gətirib yaxşı işlər görənlər Nəim cənnətlərində olacaqlar!
[22:57]
Kafir olanlar, ayələrimizi yalan hesab edənlər isə rüsvayedici bir əzaba düçar olacaqlar!
[22:58]
Allah yolunda hicrət edənlərə, sonra (bu yolda)
öldürülənlərə, yaxud ölənlərə Allah, həqiqətən, gözəl ruzi (cənnət ruzisi) verəcəkdir. Şübhəsiz ki, Allah ruzi verənlərin ən
yaxşısıdır!
[22:59]
(Allah) onları
razı qalacaqları (xoşhal olacaqları) bir yerə (Cənnətə) daxil edəcəkdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, (bəndələrinə qarşı) həlimdir!
[22:60]
(Allahın hökmü)
budur. Və hər kim özünə verilən cəza kimi cəza versə, sonra yenə də (müşriklərin müsəlmanları Məkkədən qovduqları kimi) təcavüzə mə'ruz qalsa, şübhəsiz ki, Allah ona kömək edər. Həqiqətən, Allah
(özünümüdafiə məqsədilə düşməndən intiqam alan mö'min bəndəsini) əfv edəndir,
bağışlayandır!
[22:61]
Bu belədir. (Allah zalıma qarşı, zalımın zülmündən xilas olmaq üçün məzluma kömək edər, çünki O, hər şeyə qadirdir). Necə ki, Allah gecəni gündüzə, güzdüzü də gecəyə
[22:62]
Bu belədir. Cünki Allah haqq, (müşriklərin) Ondan başqa
ibadət etdikləri (bütlər, tanrılar)
isə batildir. Həqiqətən, Allah (hər şeydən) ucadır, böyükdür! (Allahın allahlığı
öz-özlüyündə mövcud
olduğu üçün O haqq, bütlərin tanrılığı öz-özlüyündə mövcud olmadığı üçün onlar batildir. Buna
görə də yalnız Allaha ibadət edilməlidir!)
[22:63]
(Ya Rəsulum!) Məgər Allahın göydən yağmur
endirdiyini və yer üzünün (onunla) yamyaşıl olduğunu görmürsənmi? Həqiqətən, Allah (gözlənilməyən yerdən ruzi yetirməklə bəndələrinə) lütfkardır, (onların hər işindən) xəbərdardır.
[22:64]
Göylərdə və yerdə nə varsa, Hamısı Onundur (Onun qüdrətindən yaranmış əsərdir). Həqiqətən, Allah
ehtiyacsızdır, (hər çür) şükürə, tə'rifə layiqdir! (Hər işi bəyəniləndir!)