[22:73]
Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər - lap hamısı
bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan (bütlərin üstündə
olanlardan) bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! (Bütlər də aciz, milçək də, yaxud bütlərə ibadət edən də aciz, ibadət edilən bütlər də!)
[22:74]
(Müşriklər) Allahı layiqincə qiymətləndirmədilər (uca tutmadılar). Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!
[22:75]
Allah mələklərdən də elçilər (peyğəmbərlər) seçər, insanlardan
da. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir!
[22:76]
(Allah) onların
önlərindəkini də,
arxalarındakını da (nə etdiklərini və nə edəcəklərini) bilir. Bütün işlər (nəticə e'tibarilə axirətdə) Allaha qayıdar! (Qiyamət günü bütün məxluqat öz əməlləri ilə birlikdə Allahın
hüzurunda duracaqdır).
[22:77]
Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı
işlər görün ki, nicat
tapasınız! (Mətləbinizə yetişəsiniz!)
[22:78]
(Ey mö'minlər!) Allah yolunda layiqincə cihad edin. O (?z dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri
qoymadı - atanız İbrahimin
dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Qur'an nazil olmamışdan) əvvəl də, bunda (Qur'anda) da sizə müsəlman adını verdi
ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin
ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid
olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha
sığının. (Allah) sizin
ixtiyar sahibinizdir. O nə yaxşı
ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!