[23:43]
Heç bir ümmət öz əcəlini (ölüm, yaxud cəza
vaxtını) nə qabaqlayar, nə də yubada bilər!
[23:44]
Sonra bir-birinin
ardınca (ümmətlərə) peyğəmbərlər göndərdik. Hər ümmətə öz peyğəmbəri gəldikcə onu yalançı
saydılar. Biz də onları bir-birinin ardınca məhv edib (izi-tozu qalmayan) əfsanələrə döndərdik. İman gətirməyən tayfa məhv (Allahın rəhmətindən uzaq) olsun!
[23:45]
Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və (vəhdaniyyətimizi sübut edən) açıq-aşkar bir dəlillə göndərdik,
[23:46]
Fir'onun və onun ə'yan-əşrafının yanına. Onlar (iman gətirməyi) təkəbbürlərinə
sığışdırmayıb özlərini yuxarı tutan camaat olaraq qaldılar (yaxud Misirdə hakim olduqları İsrail oğullarına əzab-əziyyət verməkdə davam etdilər).
[23:47]
(Fir'on və ə'yan-əşrafı) dedilər: "Bunların tayfası bizə bir qul kimi itaət etdiyi halda, biz özümüz kimi iki adi insana imanmı gətirəcəyik?"
[23:48]
Beləliklə, onları yalançı saydılar və nəticədə məhvə düçar edilənlərdən oldular.
[23:49]
Həqiqətən, Biz Musaya kitabı
(Tövratı) verdik ki, bəlkə, (İsrail oğulları) doğru yola yönəlsinlər!
[23:50]
Məryəm oğlunu (İsanı) və (bakirə)
anasını (qüdrətimizdən yaranmış) bir mö'cüzə etdik. Onları abad (rahat) və axar sulu uca bir yerdə yerləşdirdik.
[23:51]
(Müxtəlif zamanlarda
ayrı-ayrı ümmətlərə göndərdiyimiz peyğəmbərlərə belə buyurduq: ) "Ey peyğəmbərlər! Təmiz (halal) ne'mətlərdən yeyin və yaxşı işlər görün! (Vacib
və könüllü ibadətləri həm zahirən, həm də gizli, həmişə yerinə yetirin!) Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!
[23:52]
Bu (tövhid dini islam)
tək bir din olaraq sizin dininizdir, Mən də sizin Rəbbinizəm. Məndən (əzabımdan) qorxun!"
[23:53]
Amma (ümmətlər) öz dinini
aralarında parçalayıb firqə-firqə oldular (müxtəlif məzhəblərə ayrıldılar). Hər firqə öz dininə sevinir. (?z dinini haqq, digər dinləri batil hesab edib bundan məmnun olur).
[23:54]
(Ya Rəsulum!) Sən onları bir
müddət (əcəlləri çatana qədər) öz şaşqınlıqları içində burax!
[23:55]
Məgər (kafirlər) elə zənn edirlər ki, onlara (dünyada) verdiyimiz var-dövlət və övladla
[23:56]
Biz onların
yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar! (Kafirlərə dünyada istədiklərini verib tədriclə onları əzaba yaxınlaşdırmağımızı, az
sonra qəflətən başlarının üstünü alacağımızı
düşünmürlər!)
[23:57]
Həqiqətən, Rəbbinin qorxusundan tir-tir əsənlər;
[23:58]
Rəbbinin ayələrinə inanlar;
[23:59]
Rəbbinə şərik qoşmayanlar;