[23:90]
Xeyr, Biz onları
haqqı (haqq yol olan islam dinini) gətirdik. Onlar isə, şübhəsiz ki,
yalançıdırlar!
[23:91]
Allah (?zünə) heç bir övlad götürməmişdir. (Nə İsa Onun
oğlu, nə də mələklər Onun qızlarıdır. Əksinə, onların
hamısı Allahın qüdrətindən yaranmış məxluqatlardır). Onunla
yanaşı (ibadət ediləcək) heç bir tanrı yoxdur.
Əgər belə olsaydı, onda heç bir
tanrı əlahiddə öz yaratdıqları ilə gedər, (öz məxluqatını
ayırıb aparar) və onların bir
qismi (dünyadakı padşahlar kimi)
digərinə üstün olmağa çalışardı. Allah müşriklərin (Ona) aid etdikləri sifətlərdən tamamilə kənardır!
[23:92]
O, qeybi də, aşkarı da bilir. Allah (müşriklərin) Ona qoşduğu şəriklərdən çox ucadır!
[23:93]
(Ya Rəsulum!) De: "Ey Rəbbim! Əgər (müşriklərə) və'd etdiyin əzabı mənə göstərəcəksənsə,
[23:94]
Onda məni zalım tayfanın içində qoyma, ey Rəbbim!" ("Məni də onlarla birlikdə həlak etmə. Məni razı qaldığın
kəslərlə bir yerdə et!")
[23:95]
(Ya Rəsulum!) Biz onlara və'd etdiyimizi (əzabı) sənə göstərməyə, əlbəttə, qadirik!
[23:96]
Sən pisliyi
yaxşılıqla dəf et! (Gözəl xislət sahibi olub sənə pislik edəni, əziyyət verəni əfv et!) Biz (müşriklərin Bizə) aid etdikləri sifətləri (və sənin haqqında dedikləri nalayiq
sözləri) daha yaxşı bilirik!
[23:97]
Və de: "Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram!
[23:98]
Onların yanımda
olmalarından (işlərimə xələl qatmalarından) Sənə pənah gətirirəm, ey Rəbbim!"
[23:99]
Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib
çatdığı zaman o belə deyər: "Ey Rəbbim! Məni geri (dünyaya)
qaytar!
[23:100]
Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm
müqabilində yaxşı bir iş
görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana
qayıdıb saleh bir əməl edim!) Xeyr, bu onun dediyi
boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün
Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır.
[23:101]
Sur
çalınacağı gün artıq aralarında nə qohumluq (əlaqəsi) olar, nə də onlar bir-birindən soruşub hal-əhval tutarlar.
(Qiyamət günü heç bir qohumluq fayda
verməz, qohumlar bir-birini tanımaz; hərə öz hayında olar).
[23:102]
Məhz tərəziləri ağır gələnlər (dünyada yaxşı əməlləri çox olanlar) nicat
taparlar.
[23:103]
Tərəziləri yüngül gələnlər (dünyada çoxlu günah qazananlar) isə özlərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə əbədi qalarlar.
[23:104]
Cəhənnəm odu onların üzünü
yandırar. Onlar orada (üst dodaqları başlarının tən ortasına, alt
dodaqları isə göbəklərinə qədər uzanaraq) dişləri
ağarmış vəziyyətdə durarlar.