[23:105]
(Onlara deyilər: ) "Məgər Mənim ayələrim sizlərə oxunmurdumu? Siz isə onları yalan hesab edirsiniz!"
[23:106]
Onlar deyərlər: "Ey Rəbbimiz! Rəzil taleyimiz (bədbəxtliyimiz) bizə qələbə çaldı və biz haqq yoldan
azan bir camaat olduq!
[23:107]
Ey Rəbbimiz! Bizi oradan (cəhənnəm odundan çıxart! Əgər bir də (Sənin xoşuna gəlməyən pis işlərə) qayıtsaq, şübhəsiz ki,
zalım (özümüz özümüzə zülm etmiş) olarıq".
[23:108]
(Allah) buyurar:
"Orada zəlil (mə'yus) vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin! (Cəhənnəm odundan xilas edilməyinizi Məndən diləməyin!)"
[23:109]
Cünki bəndələrimdən bir zümrə (mö'minlər) var idi ki,
onlar: "Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən
yaxşısısan!" - deyirdilər.
[23:110]
Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsxərə, lağlağı
başınızı o qədər qatmışdı ki) Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz
(istehza ilə) onlara gülürdünüz.
[23:111]
Həqiqətən, Mən səbr etdiklərinə görə onları mükafatlandırdım. Onlar nicat
tapanlardır (uğura yetənlərdir)!"
[23:112]
(Allah qiyamət günü kafirlərə) belə buyuracaqdır: "Yer üzündə neçə il qaldınız?"
[23:113]
Onlar: "Bir gün, bir
gündən də az, hər halda, sayanlardan (insanların əməllərini sayan mələklərdən) soruş!" - deyə cavab verəcəklər.
[23:114]
Allah buyuracaq: "Əgər (həqiqəti) bilirsinizsə, siz (orada) çox az qaldınız! (Dünya həyatı axirət həyatı ilə müqayisədə olduqca qısadır).
[23:115]
Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib
haqq-hesab üçün) hüzurumuza
qaytarılmayacağınızı güman edirdiniz?"
[23:116]
Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır.
Ondan başqa heç bir tanrı yoxdur. O, kərim (uca, qiymətli) olan ərşin Rəbbidir! (Allahın rəhməti, xeyir-bərəkəti, peyğəmbərlərə gələn vəhy ərşdən nazil
olduğu üçün o kərimdir).
[23:117]
Kim Allahla
yanaşı başqa bir tanrıya ibadət edərsə - bunun üçün isə onun heç bir dəlili yoxdur - (qiyamət günü) onun cəzasını
Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər nicat
tapmazlar!
[23:118]
(Ya Rəsulum!) De: "Ey Rəbbim (Bizi) bağışla və rəhm et! (Ummətimin günahlarından keç,
tövbəmizi qəbul buyurmaqla bizə mərhəmət əta et!) Sən rəhm edənlərin ən yaxşısısan!