An-Nûr
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[24:1]
Bu, (səmadan) nazil edib (hökmlərini) vacib buyurduğumuz bir surədir. Biz onda
açıq-aşkar ayələr nazil etdik ki, bəlkə, düşünüb ibrət
alasınız!
[24:2]
Zinakar kişiyi və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və mö'minlərdən bir dəstə də onların əzabına
şahid olsun. (Bu, subay kişiyə və ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə onların cəzası
daşqalaq edilməkdir).
[24:3]
Zinakar kişi ancaq
zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da
yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə), mö'minlərə haram edilmişdir.
[24:4]
İsmətli qadınla zina isnad
edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki,
(Allahın itaətindən çıxmış) əsl fasiqlərdir.
[24:5]
Bundan (namuslu
qadınlara atdığı böhtandan) sonra tövbə edib özlərini islah edənlər istisna olmaqla.
Cünki Allah (tövbə edənləri)
bağışlayandır, rəhmlidir!
[24:6]
Arvadlarına zina isnad
edib özlərindən başqa şahidləri
olmayanların hər biri
özünün doğru
danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə (Əşhədu billahi -
Allahı şahid gətirirəm, deyə) şəhadət verməlidir.
[24:7]
Beşinci dəfə: "Əgər yalan danışanlardandırsa, Allah ona lə'nət eləsin!" (deməlidir).
[24:8]
Qadının da
(hakimin hüzurunda) ərinin yalan
danışanlardan olması barədə dörd dəfə Allahı
şahid tutması əzabı ondan dəf edər.
[24:9]
Beşinci dəfə: "Əgər (əri) doğru
danışanlardandırsa, Allah ona (qadının özünə) lə'nət (qəzəb) eləsin!" (deməlidir).
[24:10]
Əgər Allahın sizə ne'məti və mərhəməti olmasaydı, Allah
tövbələri qəbul edən, hikmət sahibi olmasaydı
(halınız necə olardı)?
(O, günahkarların cəzasını dərhal verib onları rüsvay
edərdi).