[24:11]
Həqiqətən, (Aişə barəsində) yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır.
Onlardan günahın böyüyünü öz üstünə götürəni (Abdulah ibn
Ubeyyi) isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir!
[24:12]
Məgər o yalan sözü eşitdiyiniz zaman mö'min kişilər və qadınlar öz ürəklərində (özləri haqqında
yaxşı fikirdə olduqları
kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu,
açıq-aydın bir böhtandır!" - deməli deyildilərmi?
[24:13]
(Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru
olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah
yanında əsl yalançıdırlar!
[24:14]
Əgər Allahın dünyada və axirətdə sizə ne'məti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab
toxunardı.
[24:15]
O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü
ağzınıza alır və onu yüngül
(asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında
nalayiq söz danışmaq) Allah
yanında çox böyük günahdır!
[24:16]
Məgər siz onu eşitdiyiniz zaman: "Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman (Allah)! Bu, çox böyük bir böhtandır!" -
deməli deyildinizmi?
[24:17]
Allah sizə öyüd-nəsihət verir ki, əgər mö'minsinizsə, bir daha belə şeylər etməyəsiniz.
[24:18]
Və Allah sizin üçün ayələrini (belə ətraflı, açıq-aydın) izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[24:19]
Mö'minlər arasında (onları
nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir.
(Hamının əməlini, yayılan şayiələrin, atılan
böhtanların doğru olub-olmadığını) ancaq
Allah bilir, siz bilməzsiniz!
[24:20]
Əgər Allahın sizə ne'məti və mərhəməti olmasaydı, Allah
şəfqətli, rəhmli olmasaydı
(Halınız necə olardı)?
(Dediyiniz yalanlara, yaxdığınız iftiralara görə sizi dərhal məhv edərdi).