[24:32]
(Ey
mö'minlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!
[24:33]
Evlənməyə qüvvəsi çatmayanlar (maddi
imkanı olmayanlar) Allah öz
lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub
(özlərini zinadan)
saxlasınlar. Kölələrinizdən mükatəbə etmək
(əvvəlcədən bağlanılmış
yazılı müqaviləyə əsasən müəyyən məbləğ pul qazanıb
ağasına vemək şərtilə
köləlikdən azad olmaq) istəyənlərlə
- əgər
onlarda bir xeyir (müqavilədəki
şərtlərin
yerinə yetirilməsi üçün qüdrət) görürsünüzsə
- mükatəbə
edin. Onlara Allahın sizə verdiyi maldan verin. (Zəkatdan onlara o qədər verin ki, özlərini satın alıb azad edə bilsinlər). Əgər cariyələriniz ismətlərini qoruyub saxlamaq istəsələr, fani dünya
[24:34]
Həqiqətən, Biz (Qur'anda) sizə (haqqı nahaqdan ayırd edən) açıq-aşkar ayələr, sizdən əvvəl gəlib-gedənlər (keçmiş ümmətlər) barəsində məsəllər (hekayətlər) və müttəqilər üçün öyüd-nəsihət nazil etdik.
[24:35]
Allah göylərin və yerin nurudur. (Kainatı
yaradıb ona nur verən, yer və göy əhlinə haqq yolu göstərən xaliqdir). Onun (Peyğəmbərimizin və mö'minlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya (çıraqdana) bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə, sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə (aləmin ortasında) olan
mübarək bir zeytun
ağacından yandırılır. (Şərqdə deyildir ki, günəş batdıqda, qərbdə də deyildir ki, günəş
doğduqda qaranlıqda qalsın). Onun (zeytun
ağacının) yağı özünə od toxunmasa da, sanki
(haradasa) işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyiniz öz nuruna qovuşdurur (istədiyinə öz nurunu bəxş edib cənnət yolu olan islam dininə yönəldir). Allah (həqiqəti anlaya bilsinlər deyə) insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!
[24:36]
(Həmin taxça və çıraq) Allahın tikilib
ucaldılmasına və ?z
adının zikr edilməsinə izin verdiyi o evlərdədir (o məscidlərdədir) ki, orada səhər-axşam Onu təqdis edib şə'ninə tə'riflər deyərlər.