[24:54]
De: "Allaha itaət edin, Peyğəmbərə itaət edin. (Cünki Peyğəmbərə itaət etmək elə Allaha itaət etməkdir). Əgər (Peyğəmbərin əmrindən) üz döndərsəniz, (bilin ki) onun vəzifəsi ancaq ona
tapşırılanı, sizin də vəzifəniz ancaq sizə
tapşırılanı yerinə yetirməkdir. Əgər ona itaət etsəniz, doğru yolu
tapmış olarsınız.
Peyğəmbərin öhdəsinə düşən isə yalnız (dini, Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir.
[24:55]
Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik
qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi onları da
müşriklərin yerinə gətirəcəyini), onlar (mö'minlər) üçün onların
Allahın ?zü bəyəndiyi dinini (islamı)
möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla
(arxayınçılıqla) əzəv edəcəyini və'd
buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir!
[24:56]
Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm olunsun!
[24:57]
(Allahın vəhdaniyyətini inkar edən) kafirlərin yer üzündə (öz Rəbbini) aciz edə biləcəyini (Allahın əzabından
qaçıb canlarını qurtara biləcəklərini) güman etməyin. Onların məskəni Cəhənnəmdir. O, necə də pis sığınacaqdır!
[24:58]
Ey iman gətirənlər! Sahib olduqlarınız (kölə və kənizlər), həddi-büluğa
çatmayanlar (yanınıza daxil olmaq istədikdə) bu üç vaxtda sizdən icazə
alsınlar: sübh namazından əvvəl, günorta (yatıb dincəlmək, istirahət etmək üçün) paltarınızı
çıxartdığınız zaman və gecə namazından sonra. (Bu
vaxtlar insan paltarını
çıxarda bilər, zövcəsi ilə bir yerdə uzanıb ixtilat edə bilər və i. a.) bu üç vaxt sizin üçün xəlvət vaxtdır
(paltarsız ola bilərsiniz). Qalan vaxtlarda bir-birinizin yanına (icazəsiz) girib-çıxmaqda sizə də, onlara da heç bir günah yoxdur. Allah ayələri sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!