[24:59]
Sizdən olan uşaqlar da həddi-büluğa çatanda (yanınıza
daxil olmaq istədikləri zaman) özlərindən əvvəlkilər kimi izin istəsinlər. Allah ?z
ayələrini sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[24:60]
(Heyzdən və doğuşdan kəsildikləri üçün) ərə getməyə ümidi qalmayan yaşlı
qadınların qadağan olunmuş zinətlərini (zinət yerlərini naməhrəmə) göstərmədən üst paltarını (çarşab, niqab, bürüncək və s.) çıxarmasında
günah yoxdur. Bununla belə, (həmin geyimləri soyunmaqdan) çəkinmələri onlar üçün daha yaxşıdır. Allah (hər şeyi)
eşidəndir, biləndir!
[24:61]
Kora, çolağa, xəstəyə (başqaları ilə bir yerdə oturub yemək yeməkdə) günah yoxdur. Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud
qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud
dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan (səlahiyyətiniz çatan) evlərdə, yaxud
dostlarınızın evlərində yemək yeməkdən heç bir günah gəlməz. Bir yerdə, yaxud
ayrı-ayrılıqda yeməyinizdə də heç bir günah yoxdur. Evlərə daxil olduğunuz zaman özünüzü
(bir-birinizi, qohum-əqrəbanızı,
dostlarınızı və
dindaşlarınızı) Allah dərgahından bərəkət
və xoşluq diləyən
bir salamla
salamlayın. Allah
ayələri sizə belə izah edir ki, düşünüb
daşınasınız!