[24:62]
Həqiqətən, mö'minlər ancaq Allaha və Onu Peyğəmbərinə iman gətirən, ümumi bir iş (cihad,
cümə xütbəsi, məsləhət-məşvərət) üçün Peyğəmbərlə bir yerdə olduqda ondan izin almamış bir yerə getməyən kimsələrdir. (Ya Rəsulum!)
Səndən izin istəyənlər
- məhz belələri Allaha və Onun Peyğəmbərinə inananlardır. Əgər onlar bə'zi işləri üçün səndən izin istəsələr, onlardan özün istədiyinə (yanından
getməyə) izin ver və onlar üçün Allahdan
bağışlanma dilə. Həqiqətən, Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!
[24:63]
Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi
çağırmağınızla eyni tutmayın! (Peyğəmbəri
özünüz bir-birinizi çağırdığınız kimi
çağırmayın. Ona "Muhəmməd,
nə deyirsən?"
yox, "Bəli! Buyur, ey Allahın elçisi, ey Allahın peyğəmbəri!" - deyə cavab verin. Və
ya Peyğəmbərin duasını öz
duanız kimi hesab etməyin. Onun duası, sizinkilərdən fərqli olaraq, Allah dərgahında mütləq qəbul olunar). Həqiqətən,
Allah sizlərdən (xütbə
zamanı məsciddən) xəlvət sovuşub aradan
çıxanları bilir. Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud
düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!
[24:64]
Bilin və agah olun ki, göylərdə və yerdə nə varsa, (hamısı)
Allahındır. O, həqiqətən, sizin nə əməl sahibi olduğunuzu
(hansı məzhəbə qulluq etdiyinizi) bilir. Allah (məxluqatın, yaxud münafiqlərin
dirilib) Onun hüzuruna qaytarılacaqları gün (qiyamət
günü) onlara (dünyada) nə etdiklərini
bildirəcəkdir. Allah hər şeyi biləndir!
Al-Furqân
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[25:1]
Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı batildən ayıran) Qur'anı ?z bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti bol və daimidir!)
[25:2]
O Allah ki, göylərin və yerin hökmü (səltənəti) Onundur. O (?zünə) heç bir
övlad götürməmişdir;
mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi
yaratmış və onu
(onun nə cür
olacağını) təqdir (əzəldən müəyyən) etmişdir.