[25:21]
Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər (qiyamət günü dirilib
haqq-hesab üçün hüzurumuzda
duracaqlarında qorxmayanlar): "Bizə (Muhəmmədin həqiqi peyğəmbər olduğunu təsdiq edən) mələklər endirilməli, yaxud biz (onun doğru
danışıb-danışmadığını bilmək üçün) Rəbbimizi görməli idi!" - dedilər. Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və (Allahı
bilavasitə görmək, onunla
danışmaq istəməyə cür'ət etməklə) azğınlaşıb həddi çox aşdılar.
[25:22]
Mələkləri görəcəkləri gün - həmin gün
günahkarlara (Cənnətlə) heç bir müjdə olmaz. (Mələklər onlara: ) "(Sizə şad xəbər eşitmək) haramdır!" - deyərlər.
[25:23]
Onların etdikləri hər hansı bir
(yaxşı) əməli Biz qəsdən (havadan uçan) dağınıq zərrələrə (toz dənələrinə) döndərərik! (Onların qohum-əqrabaya, yoxsullara
göstərdikləri köməyin, qonağa,
qəribə etdikləri hörmətin və dünyada gördükləri digər yaxşı
işlərin zərrə qədər qiyməti olmaz!)
[25:24]
O gün cənnət əhlinin qalacağı yer daha yaxşı, istirahət edəcəyi yer daha gözəl olacaqdır!
[25:25]
Göyün (yeddi qat səmanın yuxarısından enən ağ) buludla parçalanacağı, mələklərin bölük-bölük (yerə) endirələcəyi gün -
[25:26]
O gün həqiqi hökmranlıq (mülk) ancaq Rəhmana məxsusdur; o,
kafirlər üçün isə çətin bir gün olacaqdır.
[25:27]
O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: "Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol
turardım;
[25:28]
Vay halıma! Kaş
filankəsi özümə dost etməyəydim;
[25:29]
And olsun ki, Qur'an mənə gəldikdən sonra məni ondan (Qur'ana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan
çıxartdıqdan, bəlaya
saldıqdan sonra) yalqız
buraxar (zəlil, rüsvay edər).
[25:30]
Peyğəmbər də "Ey Rəbbim! Həqiqətən, qövmüm bu
Qur'anı tərk etmişdi!" - deyəcək.
[25:31]
(Ya Rəsulum! Bu Məkkə müşriklərini sənə düşmən etdiyimiz kimi) eləcə də (səndən əvvəl) hər peyğəmbər üçün günahkarlardan bir düşmən etmişdik. Rəbbinin sənə bir rəhbər, bir mədədkar olması kifayət edər!
[25:32]
Kafirlər: "Qur'an ona (Muhəmmədə) bütöv (birdəfəlik) endirilməli idi!" - dedilər. (Ya Rəsulum!) Sənin ürəyinə səbat (qətiyyət) vermək üçün Biz onu ayə-ayə (tədricə) nazil etdik. (Qur'anın
az-az endirilib, ağır-ağır oxunması onun əzbərlənməsini və mə'nalarının anlaşılmasını
asanlaşdırır).